Icma.az
close
up
RU
AYNA nın milyonluq sifarişlərini tendersiz udan şirkət kimə bağlıdır? ARAŞDIRMA

AYNA nın milyonluq sifarişlərini tendersiz udan şirkət kimə bağlıdır? ARAŞDIRMA

Icma.az bildirir, Tribuna portalına istinadən.

Ötən gün yerli mediada Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) böyük məbləğdə tendersiz satınalmalar həyata keçirdiyinə dair məlumatlar yayılıb. Tribunainfo.az xəbər verir ki, FED.az saytının bununla bağlı apardığı araşdırmada bir sıra mətləblərə aydınlıq gətirilib.

Orada qeyd edilir ki, AYNA bir neçə hissə ilə eyni şirkətə sifariş verib. Belə ki, AYNA Bakı şəhəri və respublikanın digər ərazilərində xətləmə və nişanlama işi ilə bbağlı böyük sifarişləri tendersiz olaraq STP-BTECH MMC-yə həvalə edib.

Agentliklə «STP-BTECH» MMC-nin əməkdaşlığı 2024-cü ildən, «STP-BTECH» yarananan dərhal sonra başlayıb.

Məlumatda bildirilir ki, 2024-cü ilin sentyabrında şirkət AYNA-dan tendersiz ilk sifariş alıb – Ölkə ərazisində, o cümlədən Bakı şəhərində nişanlanma işləri üçün Agentlik «STP-BTECH»ə  3 milyon 669 min manatlıq sifariş verib.

Təxminən həmin vaxtda Agentlik “STP-BETCH” MMC ilə tendernsiz 2-ci müqaviləsini bağlayıb – Təmir olunan küçə və prospektlərdə eləcə də əsas magistral yollarda yol nişanlarının quraşdırılması və xətlənmə işləri üzrə müqaviləyə əsasən Agentlik bu işlərə görə şirkətə 16 milyon 924 min manat vəsait ödəməlidir.

2025-ci ilin mayında şirkət AYNA-dan növbəti tendersiz sifariş alıb – “STP-BTECH” ilə (VÖEN-i 2907446991) Respublika ərazisində xətlənmə işlərinə görə, 17 milyon 603 min manatlıq müqavilə imzalanıb. Bundan cəmi 1 ay sonra AYNA “STP-BTECH” ilə yenə də respublika ərazisində yolların nişanlanma işlərinin satın alınması üzrə növbəti tendersiz müqavilə imzalayıb – bunun məbləği 14 milyon 692 min manat olub.

Başqa sözlə, AYNA demək olar ki, eyni tipli işlərin görüşlməsi üçün bir ildən də az olan müddətdə eyni şirkətə 52,9 milyon manatlıq tendersiz sifariş verib.

Maraqlıdır ki, adətən tendersiz, bir mənbədən olan müqavilələr mürəkkəb, bir şirkətin həyata keçirməsi ilə mümkün olan işlər üzrə bağlanılır. Yolların xətlənməsi xidməti isə belə işlərə aid deyil.

FED.az-ın yazdığına görə, “STP-BTECH” MMC 2024-cü ildə yaradılıb, nizamnamə kapitalı 240 min manat olan şirkətin qanuni təmsilçisi isə Emre Yalcındır.

Lakin Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı “STP-BTECH” MMC-nin qanunu təmsilçisinin Emre Yalçın olmadığı qeyd olunur. Əksinə, həmin şirkətin Sumqayıt Texnologiya Parkında qeydiyyatdan keçdiyi və qanuni təmsilçisinin isə Qurbanzadə Səlim Səlim oğlu olduğu vurğulanır. Güman ki, Emre Yalçın şirkətin təsisçisidir. Və ya çox da üzdə olmasın deyə, önə verilmiş şəxslərdən biridir.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, Səlim Qurbanzadə heç də kiçik adam deyil. Daha doğrusu, onun AYNA-nın sifarişlərini tendersiz udması heç də öz gücünə olan məsələ deyilmiş. Bu məsələdə onun əsas dayağı qardaşı Aqil Səlim oğlu Qurbanovdur. Cənab Qurbanov 2022-ci ildə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub. Lakin bu postda iki il qaldıqdan sonda yeni vəzifə alıb. Bu dəfə o, “Azərsilah”ın Müşahidə Şurasının sədri təyin edilib.

Qeyd edək ki, “Azərsilah”ın sədri 1986-cı il doğumlu nazir müavini Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. Daha sonra London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr oxuyub.

Onun karyerası “PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor, daha sonra “Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədrliyindən başlayıb. Hazırda isə “Azərsilah” Müşahidə Şurasının sədri postunu tutur.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see159

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri