AYNA nın quraşdırdığı dayanacağı vətəndaşlar görün nə hala salıb VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Azadlıq metrosunun yaxınlığında qurduğu müasir dayanacaq vətəndaş məsuliyyətsizliyi səbəbindən yararsız vəziyyətə düşüb. Sosial şəbəkələrdə yayılan görüntülər ictimai narazılıq doğurub.
Avtosfer.az xəbər verir ki, paylaşılan videogörüntülərdə dayanacağın içərisində siqaret çəkildiyi, zibil qabı olmasına baxmayaraq su butulkalarının və digər tullantıların yerə atıldığı əks olunub. Ərazidə ictimai nəzarətsizlik dayanacaqda bu cür antisanitar vəziyyətin yaranmasına gətirib çıxarıb.
Müasir dayanacaqlar sərnişinlərin rahatlığı və paytaxtın şəhərsalma görünüşünün yaxşılaşdırılması üçün qurulub. Lakin vətəndaşların qaydalara əməl etməməsi, həmçinin ətrafda nəzarətin yetərincə olmaması nəticəsində belə xoşagəlməz mənzərə yaranır.
Eltac Züflüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Avqust 2025 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















