AYNA: Qadın sürücülərə peşəkar fəaliyyət göstərməsi üçün zəruri biliklər aşılanıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 24 noyabr, AZƏRTAC
İctimai nəqliyyatda qadın sürücülərin iştirakının artırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən reallaşdırılan layihə çərçivəsində qadınlar avtobus sürücüsü kimi peşəkar fəaliyyət göstərmək üçün nəzəri və praktiki təlimlərə qoşuldu.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı AYNA-nın mətbuat katibi Tural Orucov deyib.
O, qeyd edib ki, təlim müddətində yerüstü nəqliyyat agentliyinin tədris-təlim mərkəzinin mütəxəssisləri tərəfindən onlara nəinki sürücülük vərdişləri, eləcə də davranış qaydaları, ünsiyyət bacarığı və təhlükəsizlik mövzuları aşılanıb.
“Sürücülər, həmçinin dayanıb-durma qaydaları, manevretmə, müxtəlif yol qəza-riskinin minimuma endirilməsi barədə xüsusi tapşırıqları yerinə yetiriblər. Bundan başqa, onlar üçün tərtib olunmuş marşrut üzrə sınaq yürüşləri də həyata keçirilib, peşəkar sürücülər kimi “BakuBus” MMC-yə müraciət edərək işlə təmin olunublar. İki xanım artıq bu gündən fəaliyyətə başlayıb. Yaxın zamanda isə daha bir sürücü qadın “BakuBus”un əməkdaşı kimi işə başlayacaq”, - deyə T.Orucov bildiririb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 24 Noyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















