Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

AYNA sədri: Özəl daşıyıcılar tərəfindən 400 ə yaxın ekoloji təmiz avtobus alınacaq

AYNA sədri: Özəl daşıyıcılar tərəfindən 400 ə yaxın ekoloji təmiz avtobus alınacaq

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Daxili İşlər Nazirliyinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 70-ə yaxın sahibkar iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev tədbirin nəqliyyat sahəsində “yaşıl texnologiya”ların tətbiqi, bu sahədə çağırışlar, “yaşıl nəqliyyat” vasitələrinin fəaliyyəti və infrastrukturun inkişafının müzakirə edilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.

Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini Oqtay Kərimov qeyd edib ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadəyə keçidin təmin olunması məqsədilə köhnəlmiş və texniki təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrinin utilizasiyası üçün qanunvericilik bazası təkmilləşdirilib, ekoloji cəhətdən təmiz, elektrik və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar tətbiq edilib. Nəticədə ekoloji təmiz elektrik və hibrid avtomobillərdən istifadəyə maraq artıb. Ölkə ərazisində dövlət qeydiyyatında olan bu növ avtomobillərin sayı ümumi nəqliyyatın 4,7 faizini təşkil edir. Təkcə 2025-ci ilin ötən dövründə ilkin qeydiyyata alınan ümumi nəqliyyat vasitələrinin 40 faizini hibrid və elektrik nəqliyyat vasitələri təşkil edir. 2023-cü illə müqayisədə dövlət qeydiyyatına alınan elektrik və hibrid nəqliyyat vasitələrinin sayı 2 dəfə artıb. Avtomobillərdən atmosferə atılan tullantıların azaldılmasına nail olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ildə iki dəfə “Təmiz hava” aylığı keçirilir. Son bir ildə və cari ilin ötən dövrü ərzində bu növ qaydaları pozan 34 124 sürücü barəsində inzibati tənbeh tətbiq edilib.

AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev ictimai nəqliyyatla bağlı görülən işlər, o cümlədən bu sahədə infrastrukturun yenilənməsi, mikromobillik və bununla bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri diqqətə çatdırıb. Qeyd olunub ki, ötən il Bakı şəhərinin avtobus şəbəkəsində 166 elektrik avtobus və 55 ədəd ekoloji təmiz CNG avtobus istismara verilib. Bu il özəl daşıyıcılar tərəfindən təxminən 400-ə yaxın ekoloji təmiz avtobusun alınaraq istismara buraxılması nəzərdə tutulur. 484 məntəqədə mikromobillik (skuterlər üçün) parklanma yerləri təşkil edilib, 78 məntəqədə velosipedlərin parklanması üçün dəmir konstruksiyalar quraşdırılıb, mikromobillik zolaqlarında təhlükəsizliyin təmin edilməsi üçün müvafiq işlər görülüb. 2024-cü ildən velosiped icarəsi xidmətinin tətbiqinə başlanılıb. Bakı şəhərində operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4760 ədəd təşkil edir ki, bunların 77 faizini skuter, 23faizini isə velosiped təşkil edir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, “yaşıl nəqliyyat”ın inkişafı KOB-lar üçün yeni biznes imkanları açır və onları innovativ sahələrə yönəldir. Xüsusilə elektriklə işləyən avtomobil və digər nəqliyyat növlərinin yayılması texniki xidmət mərkəzləri, enerji doldurma məntəqələri və xidmət üzrə yeni fəaliyyət sahələri yaradır. Eyni zamanda yaşıl nəqliyyat infrastrukturunun planlaşdırılması zamanı KOB-ların maraqları və onların fəaliyyətinə təsir edən məsələlər nəzərə alınmalıdır. Yaşıl nəqliyyat sahəsində fəaliyyət göstərmək istəyən, həmçinin, bu nəqliyyatın fəaliyyətindən təsirlənən sahibkarlar bu sahədəki trendləri izləməli, yeni məhsul və xidmətlərə uyğunlaşmalı, ətraf mühitə az təsir göstərən logistik modellərin tətbiqinə çalışmalıdır.

Tədbirdə biznes subyektlərinin müvafiq sahə üzrə təklifləri və qarşıda duran məsələlər öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see173

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see161

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri