AYNA sürücülərə qəza riski yaradan təhlükəni aradan qaldırdı VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda sürücülərə yaranan təhlükə ilə bağlı Avtosfer.az saytında məlumat dərc etmişdik. Belə ki, paytaxtın Mikayıl Müşviq küçəsilə İsmayıl bəy Qutqaşınlı küçəsinin kəsişməsində sürücülər təhlükə ilə üz-üzə qalırdılar. Yolayrıcından sonra döngənin başlaması və asfalt üzərində nişanlanma xəttinin olmaması sürücüləri əks yola çıxarırdı. Bu isə hər iki istiqamətdən gələn avtomobillərə təhlükə yaradırdı.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həmin təhlükəni aradan qaldırmaq məqsədilə yolayrıcında 1.7 nişanlanma xətti tətbiq edib. Qeyd edək ki, bu xətt yolayrıcının hüdudlarında hərəkət zolaqlarının sərhəddini göstərir. Həmin xəttin tətbiq edilməsi sürücülərin əks yola çıxmasının qarşısını alır.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 16 Noyabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















