Icma.az
close
up
RU
AYNA taksi sürücülərini niyə süründürür? BURAXILIŞLAR TƏSDİQLƏNMİR

AYNA taksi sürücülərini niyə süründürür? BURAXILIŞLAR TƏSDİQLƏNMİR

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəsmən başlıca vəzifəsi vətəndaşlar üçün nəqliyyatın rahatlığını təmin etmək olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) durmadan bunun əksi istiqamətində səylər göstərir. Qurum hazırda Azərbaycanda barəsində ən çox şikayət daxil olan orqanlardan biridir.

Şikayətlər təkcə nəqliyyatın tənzimlənməsi, cərimələr və s. ilə deyil, həm də bürokrtaiya və süründürməçiliklə bağlıdır. Xüsusilə də son zamanlar taksi xidməti üçün müraciət edən vətəndaşlar buraxılışın təsdiqlənməsi mərhələsində “ilişib qaldıqlarından” şikayət edirlər.

Belə ki, sürücülər AYNA-nın bütün tələblərini yerinə yetirəndən, bütün müayinələrdən keçəndən, avtomobilə baxış keçiriləndən, rüsumlar ödəniləndən sonra da on günlərlə işə başlamaq üçün icazə ala bilmirlər. Sistemə bütün məlumatlar və müraciət daxil edilir, lakin AYNA buraxılışı təsdiqləmək bilmir ki, bilmir. Bu süründürməçiliyin səbəbilə bağlı da vətəndaşa heç bir izahat verilmir.

Qurumla əlaqə saxladıq. Oradan bildirdilər ki, buraxılışların təsdiqlənməsi növbəlilik əsasında həyata keçirilir. Ancaq bu “növbəliliyin” nədən süründürməçiliyə çevrildiyi və bu qədər uzun vaxt çəkdiyi barədə heç nə demədilər. Hansı ki, əvvəldə qeyd etdiyimiz kimi, AYNA-nın birbaşa vəzifəsi vətəndaşın işini asanlaşdırmaq, operativliyi təmin etməkdir, süründürmək və əziyyət vermək yox. Ancaq görünür, qurum ya işinin öhdəsindən gələ bilmir, ya hansısa başqa maraqlar güdür, ya da sadəcə, vətəndaşın probleminə məhəl belə qoymur.

Bu süründürməçiliyin hansı maraqdan, hansı təmənnadan irəli gəldiyini deyə bilmərik. Ancaq buraxılışların təsdiq edilməsinin yubadılması səbəbindən xeyli sayda vətəndaşın hazırda taksi fəaliyyəti göstərə, evini, ailəsini dolandıra bilmədiyini dəqiq deyə bilərik . Bu isə cəzasızlıqdan “şişmiş”, özündən razı qurum rəhbərliyini əlbəttə ki, qətiyyən narahat etmir...

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Noyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri