Icma.az
close
up
RU
Siyasi fəalın ölüm xəbərləri təsdiqlənmir

Siyasi fəalın ölüm xəbərləri təsdiqlənmir

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Amerikalı siyasi fəal, "Turning Point USA"-nın təsisçisi və konservativ şərhçi Çarli Kirkin öldürülməsi barədə yerli mediada yayılan məlumatlar təsdiqini tapmayıb. Məlum olub ki, ona qarşı sui-qəsd olsa da, açılan atəş nəticəsində Kirk ağır yaralanıb.
Reyting.az
bildirir ki, hadisə Yuta Vadisi Universitetində açıq havada keçirilən çıxışı zamanı baş verib. Kirk suala cavab verdiyi an boyun nahiyəsindən güllə yarası alıb.
İlkin məlumatlara görə, şübhəli şəxs polis tərəfindən dərhal saxlanılıb, lakin tezliklə ABŞ polisi məlumat verib ki, həmin şəxs atəş açan şübhəli deyil. Polis axtarışların davam etdiyini bildirib.

Bəzi nəşrlər hələ də bununla bağlı iddialı xəbərlər yaysa da, Çarli Kirkin öldüyünə dair dərc olunan məlumatlar tamamilə etibarlı mənbələr tərəfindən təkzib edilir. Rəsmi məlumatlarda onun xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin ağır olduğu, lakin ölümünün təsdiqlənmədiyi xüsusilə qeyd olunur.
Rəsmilərin fikrincə, Çarli Kirkin haqqında dolaşan ölüm xəbərləri dezinformasiya, şayiə xarakteri daşıyır və ehtimala görə, hətta ola bilsin ki, bu barədə məlumatlar bilərəkdən mətbuata sızdırılıb. Yayılmış son rəsmi xəbərdə bildirilir ki, Çarli Kirk sağdır və müalicəsi davam edir.
Xatırladaq ki, "NBC News" telekanalının yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp da Çarli Kirkin ölümünü təsdiq etmişdi. Tramp çox böyük ehtiram bəslədiyi dostu Kirkin ölüm xəbərindən üzüldüyünü paylaşdığı yazıda belə ifadə etmişdi:
"Böyük, hətta əfsanəvi Çarli Kirk öldü. Amerika Birləşmiş Ştatlarının gəncliyinin ruhunu Çarlidən yaxşı heç kim başa düşə və hiss edə bilmədi. O, hər kəs, xüsusilə də, mənim tərəfimdən sevildi. Ona heyran idim və indi o, aramızda deyil".

ABŞ-nın birinci xanımı Melaniya Tramp da mühafizəkar fəal Çarli Kirkin öldürülməsinə münasibət bildirib. O, “X” sosial şəbəkəsində yazıb ki, faciədən sonra Kirkin övladları xatirə əvəzinə hekayələrlə, gülmək əvəzinə fotolarla, ata səsi əvəzinə sükutla böyüyəcəklər:
“Çarli Kirkin həyatı mərhəmətli şüurun ailəni, sevgini və ölkəni yüksəltdiyini simvolik xatırlatmalıdır”
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 Sentyabr 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri