Icma.az
close
up
RU
Ayşənin qətli ilə bağlı YENİ DETALLAR Cemil izi itirmək üçün külli miqdarda pul verib

Ayşənin qətli ilə bağlı YENİ DETALLAR Cemil izi itirmək üçün külli miqdarda pul verib

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbulun Eyüpsultan bölgəsində cəsədi çamadanda tapılan 22 yaşlı tibb tələbəsi Ayşə Tokyazın qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, Ayşənin keçmiş sevgilisi, keçmiş polis əməkdaşı Cemil Koç tərəfindən qətlə yetirildiyi, daha sonra isə cəsəddən qurtulmaq üçün bir taksi sürücüsü ilə 500 min lirəyə (təqribən 21000 azn) razılaşdığı üzə çıxıb.

Saxlanılan taksi sürücüsü N.E. ifadəsində, avtomobildə cəsəd olduğunu bilmədiyini, maddi ehtiyac səbəbilə Koçun təklifini qəbul etdiyini deyib:
"Mən çamadanda cəsəd olduğunu bilmirdim. Yalnız saxlanıldıqdan sonra çamadanda cəsəd olduğunu öyrəndim. Öldürməyə yardım etməmişəm. Cəsəd olduğunu bilsəydim, qəbul etməzdim".

Əkiz bacısı itkin düşməsi ilə bağlı müraciət etmişdi

Ayşənin əkiz bacısı Esra Tokyaz ondan xəbər ala bilmədikdən sonra itkin düşməsi ilə bağlı polisə müraciət edib. Ailə üzvlərinin şübhələri əsasən sevgilisi Cemil Koç üzərində cəmləşib. Nəticədə Ayşənin parçalanmış vəziyyətdəki cəsədi çamadanda tapılıb.

Başına küt alətlə vurulub, ev qırmızıya boyanıb

Polisin araşdırmalarına görə, Ayşə evdə başına küt alətlə vurularaq qətlə yetirilib. C.K. cəsədi çamadana yerləşdirərək başqa bir şəxslə birlikdə evdən çıxarıb və Eyüpsultanda yol kənarına atıb. Daha sonra cinayət izlərini gizlətmək məqsədilə evin divarlarını gecə vaxtı qırmızı rəngə boyadığı məlum olub. Evin açarını təmizlik işçisinə göndərərək qan izlərini sildirməyə çalışıb.

Cemil Koç və onunla əlaqəli daha 6 nəfər saxlanılıb. Koçun əvvəllər "vəzifəli şəxsə müqavimət göstərmək", "təhdid", "təhqir", "qəsdən xəsarət yetirmək" və "narkotik maddə istifadə etmək" kimi ittihamlarla cinayət qeydiyyatının olduğu müəyyən edilib.

Ayşənin qardaşı: "Mumiyalanmış kimiydi"

Ayşənin qardaşı Abdulkadir Tokyaz morqa gedərək bacısını şəxsən tanıdığını deyib:

"Yalnız üzünü açdılar. Tanınmaz halda idi. Bədəni sanki çürümüşdü. Sanki mumiyalanmış kimi idi. Üzü parıldayırdı, cansız mankenlərə bənzəyirdi".

Kənan
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 İyul 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see178

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri