Icma.az
close
up
RU
Ayxan Abbasov: “Belə oyunlar risk etməyə imkan verir

Ayxan Abbasov: “Belə oyunlar risk etməyə imkan verir

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Bu, Millətlər Liqası başlamazdan əvvəl son təlim-məşq toplanışımızdır. Ağır mövsümdən sonra bir araya gəlmişik. Komandanın böyük həvəslə məşq etməsi sevindiricidir. Malta və San Marino ilə oyunlarda bütün futbolçuları yoxlayacağıq. Komandanın bu görüşlərə böyük istəyi var. Bunlar yoldaşlıq oyunları olsa da, hər iki matçda qalib gəlmək istəyirik. Bu qarşılaşmalar bütün futbolçuları sınaqdan keçirməyə imkan verəcək. Bizi maraqlı oyunlar gözləyir.

– Niyə məhz bu rəqiblər seçildi?


– Biz burada oynamaq istəyirdik. Hər komanda isə bura gəlməyə razı olmurdu, bizi öz meydanında qəbul etmək istəyirdi. Uzun və yorucu səfərlərə görə buna razılaşmadıq. Millətlər Liqasına hazırlaşdığımız üçün güc baxımından Litva və Lixtenşteyn yığmalarına yaxın rəqibləri seçdik.

– Artıq 11 ildir Maltanı məğlub edə bilmirik. Sabah bu seriya qırılacaq?


– Bəli, onlara uduzmuşuq, heç-heçə də etmişik. Sabah inamlı oyun göstərib qalib gəlmək istəyirik. Amma rəqib də qələbə qazanmağa çalışacaq. Onların güclü klublarda çıxış edən yaxşı hücumçu futbolçuları var.

– Bu oyunların nəticəsi sizin üçün nə qədər önəmlidir?


– Belə matçlar müəyyən risklər etməyə imkan verir. Ancaq harada oynamağından asılı olmayaraq, hər zaman qalib gəlmək istəyirsən. Bəli, qələbə qazanmaq istəyirik. Bununla yanaşı, oyunun keyfiyyəti də bizim üçün vacibdir.

– Sabah meydanda kimlər olacaq?


– Hər iki oyunda fərqli heyətlərə şans verəcəyik. Sabah əsas qapıçı Emil Balayev olacaq. Start heyətində həmçinin Anton Krivotsyuk, Bədavi Hüseynov, Elvin Bədəlov, Qismət Əliyev, Elvin Cəfərquliyev, Emil Səfərov, Aleksey İsayev, Mahir Emreli, Toral Bayramov və Xəyal Əliyev yer alacaqlar. İkinci oyunda isə başqa heyət oynayacaq.

– Elvin Cəfərquliyevin hazırkı durumu necədir?


– Onunla söhbət etmişik. Böyük istəyi var. Böyük futbol üçün darıxıb. İnanıram ki, sentyabr ayına qədər yeni klubunda kifayət qədər oyun praktikası qazanacaq. Klub və futbolçunun işlərinə qarışmırıq, amma ona yeni klub tapılması üçün lazımi şəraitin yaradılacağına inanırıq. Elvin bizim üçün vacib futbolçudur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sport24.az
archiveBu xəbər 04 İyun 2026 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri