Icma.az
close
up
RU
Ayxan Abbasov: “Biz oynadıq, onlar qələbə qazandı”

Ayxan Abbasov: “Biz oynadıq, onlar qələbə qazandı”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının XXIV turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyun haqda qısa danışacağam. Biz oynadıq, onlar qələbə qazandı. Yüz faizlik epizodlarımızı dəyərləndirə bilmədik. “Turan Tovuz” bir hücuma bir qol vurdu. Növbəti oyunlara baxacağıq.

– “Turan Tovuz” oyunun təxirə salınması üçün əvvəlcədən müraciət etmişdi. Belə nəticə olacağını bilsəydiniz, “hə” deyərdiniz?
– Xeyr. Bu məsələni bilmirəm. Hakimlər və AFFA nümayəndəsi oyunun keçirilməsinin qənaətbəxş olduğunu bildirdi. Buna razı olmalıyıq. Oyunun keçirilməsinə maneə yox idi.

– Rəqibin süni ajiotaj yaratması necə təsir etdi?
– Olan şeylərdir. Bəlkə də, özlərini siğortalamaq üçün belə edirdilər. Mübarizəli oyun getdi. Düzdür, bir-iki epizod var idi ki, VAR-a gedilməli idi, amma ümumən pis idarəçilik olmadı.

– Pusinin yerini necə doldurmağı düşünürsünüz?
– Gedişi pis oldu. Əsas oyunçumuzun getməsini istəməzdim. Belajdini Azərbaycana mən gətirmişdim. Əvvəlcə “Turan Tovuz”a, sonra “Şamaxı”ya gəldi. Buranı seçməsinə vasitəçi oldum. Pusinin yaxşı təklifləri var idi. Onu başa düşürdük, böyük məbləğ yox idi. Azərbaycandan Rusiyaya az futbolçu gedir. Onu ora qazandırmaq bizi sevindirir. Eyni zamanda klub da müəyyən qədər qazandı. Bunları düşündük. Axtarışlarımız var. İnşallah, xeyirli qərar verəcəyik.

– Cəlal Hüseynov ilə bağlı fikirləriniz nədir?
– Əla. Gələndən iki oyun əsas heyətdə oynadı. İki ilə yaxın idi, Azərbaycan çempionatında deyildi. Məşqlərdə yaxşıdır, şansı olacaq. O, önəmli oyunçularımızdandır.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Fevral 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri