Icma.az
close
up
RU
Ayxan Abbasov: Cütün taleyi ikinci oyuna qaldı

Ayxan Abbasov: Cütün taleyi ikinci oyuna qaldı

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Şamaxı" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hava şəraiti hər iki komandaya çətinlik yaradırdı. Futbolçular döyüşdülər. "Qarabağ" kimi rəqiblə iki oyunda mübarizə aparmaq nə qədər çətin olsa da, futbolçumuz, komandamız və gələcəyimiz üçün yaxşı güc verir. Demək olar ki, cütün taleyi ikinci oyuna qaldı. "Qarabağ" sıx qrafikdə oynayır, bəzi oyunçuları yox idi. Futbolçularım ilk hissədə tapşırıqları daha yaxşı icra etdilər. Çünki sonradan yorğunluq oldu. Biz də sıx qrafikdə oynayırıq, çətin matçlardır. Davam edəcəyik. Beş gündən sonra yenidən "Qarabağ"la oynayacağıq. Yaxşı bərpa keçib, ona hazır olacağıq.

- "Şamaxı"nın yəqin ki, hədəfi Premyer Liqada qalmaqdır. Kubokda "Qarabağ"a qarşı əsas heyətlə oynadız. Bu, fiziki gücün zəifləməsinə gətirib çıxara bilər?

- Bizim heyətimiz geniş deyil, çox da rotasiya edə bilmirik. Beş gündən bir oyunlar olur. Təbii ki, tam gümrahlıq olmayacaq, yorğunluq olacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün də oyun lazımdır. "Qarabağ" kimi komandalarla görüşdə hər şey görünür. Bu cür rəqiblərlə mübarizə aparmaq bizim üçün yaxşı şansdır. Çempionatda hədəfimiz bəllidir. Amma həm yerimizi qorumalıyıq, bir az da üstə pillələrə yüksəlmək istəyirik.

- Komandanın kubokda hansısa bəlli hədəfi var?

- Bu gün həyat mübarizədir. Hamı istəyir ki, hansı sahədə olursa-olsun imkanları daxilində irəli getsin, inkişaf etsin. Əlbəttə, niyə də istəməyək? Amma "Qarabağ"la qarşılaşırıq, bundan sonra kimlərlə qarşılaşa biləcəyimiz də bəllidir. Futboldur, mübarizə aparacağıq. Bu gün oyundan qabaq təslim olaq, filan, belə şey yoxdur. Rəqib nə qədər güclü olsa da, hamı mübarizə aparır.

- "Sumqayıt"ın baş məşqçisi olduğunuz dövrdə "Qarabağ"ı kubokda keçə bilmişdiz. Bu gün də qələbə qazandınız. Cavab görüşündə şanslarınız nə qədərdir?

- Yenə də favorit "Qarabağ"dır.

- Dumanlı hava şəraitində taktika hansısa mənada işə yarayır? 

- Ona görə dedim ki, ilk hissədə daha yaxşı bağlandıq. Ola bilər ki, tribunadan baxanlar qarşı tərəfi görməkdə çətinlik çəkirdi. Amma biz tərəfdən görünürdü. 

- Növbəti həftədə də "Qarabağ"la oynayırsız. Eyni hava şəraiti olsa, siz və ya "Qarabağ" matçın təxirə salınması üçün müraciət etmək istəyərsiz?

- Burada bundan da çətin hava şəraiti olub. "Səbail"lə görüşdən əvvəl Şamaxıda stadionun meydançası qar idi, matç təxirə salınmadı. Həmin vaxtı deyildi ki, qaydalara görə, bu gün oynamasaz, sabah oynamalısız. Vəziyyət lap da pis olsa, onsuz da bizdən asılı olmayacaq, təxirə düşəcək. Amma hava durumu daha yaxşıya doğru getməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://sport24.az
archiveBu xəbər 05 Fevral 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri