Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dövlət maraqlarını əsas götürən yeni müxalifətə ehtiyacı olduğunu bəyan edib.
Sherg.az xəbər verir ki, o, bu barədə bir sıra icmalarda keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən canlı yayımda danışıb.
Paşinyan bildirib ki, bəzi icmalarda hakim “Vətəndaş Müqaviləsi” partiyasının 90 faizdən çox və ya 80 faiz səs toplaması onu sevindirmir. Onun sözlərinə görə, ilk baxışdan müsbət görünə bilən bu nəticələr müəyyən assosiasiyalar yaradır.
“Bu gün qarşımızda yeni problemlər yaranıb. Birincisi, seçkilərin nəticələrinin avtoritarizm və diktatura təsəvvürü yaratmamasını necə təmin etməkdir. İkincisi, ictimai nəzarətin obyektiv mexanizminin fəaliyyətini necə təmin etməkdir. Üçüncüsü isə Ermənistanda yalnız öz seçiciləri və vətəndaşları qarşısında məsuliyyət daşıyan, dövlət maraqlarını əsas götürən, intellektual, obyektiv və dürüst müxalifətin necə formalaşdırılmasına nail olmaqdır. Bunlar üzərində düşünməli olduğumuz məsələlərdir”, - Paşinyan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 26 Oktyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















