Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Ayxan Abbasov: “Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm”

Ayxan Abbasov: “Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm”

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda İslandiya ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Bizi gərgin və önəmli oyun gözləyir. Evdə oynayacağıq. Rəqib üçün də önəmli matçdır, şanslarını itirmək istəməyəcəklər. Futbolçulara inanıram. Sabah üstünlüyümüz azarkeşlərimiz olacaq. Rəqib son oyunda Fransaya qarşı xal qazandı. Ukraynaya məğlub olsalar da, yaxşı oynadılar, uduzmağa layiq deyildilər. Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm. Düzdür, itkilərimiz var. Lakin milliyə kim çağırılıbsa, onlar üçün şansdır. Emin Mahmudovun oynaması sual altındadır, Elvin Cəfərquliyev də olmayacaq. Kimlər oynayacaqsa, özlərini göstərmək üçün bir şans olacaq. Gələcəyimiz üçün bu oyunlar vacibdir".

– İslandiyanın hansı güclü tərəfləri var?
– Oturmuş heyətləri var. Avropanın TOP-5 liqalarında oynayan futbolçulara sahibdirlər. Eyni zamanda baş məşqçilərinin üslubları var. İlk oyundan çox da danışmaq istəmirəm. Həmin matçda rəqibin qolundan sonra komandada dağınıqlıq oldu və böyük hesab qeydə alındı. Bunu unutmalıyıq. Sabah xal qazanmalıyıq.

– Millidə məğlubiyyət qorxusu yoxdur?
– Futbolçularımıza qələbə arzusunu aşılamaq istəyirik. Futbolçular da həvəslidir. Bizim oyunçuların təzyiq altında olmasına ehtiyac yoxdur. Daha rahat futbolumuzu oynamalıyıq. Yeni futbolçular üçün bir az həyəcanlı gələ bilər. İnanıram ki, azarkeşlərimiz sabah komandaya dəstək olacaq.

– Gəlişinizdən sonra Fransadan başqa, digər rəqiblərə qol vurmuşunuz. Qol seriyasını davam etdirmək alınacaq?
– Hər oyun qol vurmaq istəyirik. Hücum potensialımız var. Çalışacağıq ki, qol vuraq. Çünki qələbə istəyirsənsə, qol vurmalısan.

– Rəqib “ikinci mərtəbədə” təhlükəlidir. Onların qarşısını ala biləcəksiz?
– İslandiyadakı ilk qolu da standart vəziyyətdən vurmuşdular. Sabah buna daha çox diqqət edəcəyik.

– Gəlişinizdən sonra oyunçularda özünəinam yaranıb. Bunu necə bacardınız?
– Futbolçulara bu inamı verməliyik. İnam məşqçidən futbolçuya keçir. Bəzi oyunçularla fərdi, bəzən ümumi danışırıq. Harda olduğumuzu dərk etməliyik. Bilirik ki, rəqiblərimiz kimdir. Onlarla ayaqlaşmaq çətindir. Amma meydanda istəkli olmağa heç nə mane olmur. Hansısa keyfiyyətdə uduza bilərik, amma istəyimizə maneə yoxdur. Futbolçularım bundan əvvəl əzmkarlığı, arzunu göstərdi. Bunu davam etdirməliyik.

– Heyətdə 4 qapıçı var. Bu qədər saya nə ehtiyac var idi?
– Şahruddin Məhəmmədəliyev cəzalıdır. 3 qapıçı da mütləq siyahıda olmalıdır. Ona görə əlavə bir qapıçı çağırdıq. Səlahətin olmasına səbəb də təcrübəsidir. Rza Cəfərov oynamır, bilirik. Amma ona dəstək olmalıyıq. O da qərarını verib, daha çox oynamalıdır. Rza bizim gələcəyimizdir.

– “Karvan-Yevlax”da çıxış edən Kamran İbrahimov özünü yaxşı tərəfdən göstərir. Onun yığmaya gəlişi müzakirə mövzusudur?
– Adlardan danışmaq istəmirəm. Hər kəsin yığmaya çağırılmaq şansı var. Kimin futbola necə baxdığı da önəmlidir. Bir oyuna görə milliyə dəvət alınmır. Gələcəkdə hər oyunçuya şans ola bilər.

– Elvinin də yoxluğunu nəzərə alsaq, sabah Rüfət Abbasov meydana çıxa bilər?
– Elvinin yoxluğu böyük itkidir. Yaxşı formada idi və millidə önəmli rolu var idi. Sabah Rüfəti meydanda görə bilərik.

– Hücum xəttində problemlər var…
– Futbolçuların oynayıb-oynamaması haqda bu dəqiqə çox danışmayaq. Yaralı yerimizdir və qısa vaxtda dəyişiklik etməyə seçimimiz yoxdur. İnanın, ən yaxşıları çağırırıq. Geniş danışsaq, daha 10-12 futbolçunu milliyə namizəd göstərə bilərik. İnanıram ki, gələn il bu siyahı daha çox olacaq.

– “Turan Tovuz”dan nə üçün oyunçu yoxdur?
– Faiq Hacıyevi dəvət etmək istəyirdim. Elvin və Rüfət var idi. Elvin xəstələndi. Bundan əlavə, Qismət, Abbas, Rəhman var. Bu mövqedə ciddi rəqabət gedir.

– Elvinin, Mahirin, yoxsa Musanın yoxluğu daha ciddi itkidir?
– Elvin hazırda çox yaxşı formada idi. Çempionlar Liqasında bütün oyunlarda oynayır. Yoxluğu böyük itkidir. Əvvəlki matçlara baxsaq, həm Musa, həm Mahir fərqli oyunlarda bizə kömək olub. Daha yaxşı olmaq istəyiriksə, oyunçular daha çox oynamalıdır. Musa və Mahir də bizim üçün böyük itkidir. Hücumda variantlarımız azalıb.

– İslandiya millisinin baş məşqçisi bildirdi ki, sistem eynidir, amma Azərbaycan yığması indi daha istəkli oynayır. Fikirlərinə necə münasibət bildirərsiniz?
– Sistem eyni deyil. Son oyunlara baxım istəyimizi görüb. İslandiya Fransaya 2 qol vurursa, deməli, təhlükəli rəqibdir.

– Milliləşdirməyə baxışınız necədir?
– İndiki məqamda buna ehtiyac görmürəm. Qarşımızdakı hədəfi bilməliyik. Məsələn, bu 2-3 futbolçu bizi dünya çempionatına çıxaracaqmı? Mən öz oyunçularımızın oynamasının tərəfdarıyam.

– Xəyal Əliyevin dəvət alması nə ilə bağlıdır?
– Xəyal istedadlı futbolçudur. Belə davam edərsə, ən yaxşı oyunçularımızdan ola bilər. Çox çalışmalıdır. Hər futbolçu səhv edə bilər. Danışığımız olub. Tək o deyil, qısa vaxtda U-21-dən əsas komandaya oyunçu çağırırıqsa, az iş deyil. İstəyirdik ki, bu uşaqların beynəlxalq təcrübəsi olsun.

– U-19 yığması Çexiyaya böyük hesabla uduzdu (1:6). Maraqlıdır, AFFA rəhbərliyi ilə ümumi futbolumuzun, aşağı yaş qruplarının inkişafı ilə bağlı söhbətləriniz olubmu?
– İnanın, 3-4 gün öncə AFFA-da idim. Baş katib və müavini ilə son oyun haqda danışmaq istəyirdik. Sadəcə mövzu gəldi uşaq futboluna çatdı, gördük ki, 4 saatdır, danışırıq. Problemlər var. Güclü rəqiblərə qarşı çətinlik çəkirik. Demək, onlardan zəifik. Biz bir addım atanda, onlar beşini atır. Bir meydança tikəndə sevinirik, amma onlarda eyni vaxtda on ikisi tikilir. Belə vəziyyətdə rəqabətdə uduzacağıq. Təslim olmamalıyıq. Problemləri həll etməliyik. Futbolçuların inkişafı üçün klublar da çalışmalıdır. O uşaqlar klublardan gəlir. Klublar uşaq futboluna necə yanaşır, məsələ budur. Daha çox əsas komandayamı diqqət edəcəyik? Bu gün uşaq futbolu ayrılmalıdır. Avropa ölkələrində bəzi böyük komandalar var ki, akademiyaları çox zəifdir. Onlar kənardan oyunçu gətirir. Bizdə də uşaq komandaları, məşqçilər artmalıdır. Başlamasaq, çətin olacaq.

Rusiya yığmasının matçını Kamal Umudlu idarə edəcək "Sabah" heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib AFFA-nın vitse-prezidenti İspaniya millisinin oyununa təyinat alıb Qırğızıstan klubu azərbaycanlı futbolçularla yollarını ayırıb Nigar Mirzəliyeva rəmzi komandaya seçilib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://apasport.az
archiveBu xəbər 12 Noyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see276

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see272

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see247

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see236

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see213

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see202

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see179

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see178

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see160

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see157

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see152

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see141

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see141

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see139

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see138

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see136

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see132

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri