Icma.az
close
up
RU
XX əsrin “şəhəryeyən”liyi

XX əsrin “şəhəryeyən”liyi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənistanın Qarabağa vurduğu urbisid yaraları sağaldılır

Prezident İlham Əliyev dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı mərasimində postmünaqişə dövründə ölkəmizin həyata keçirdiyi strateji xətti, xüsusilə də “Böyük qayıdış” Proqramının mahiyyəti, miqyası və tarixi əhəmiyyəti ilə bağlı mühüm məsələləri bir daha diqqətə çatdırdı. Bu çıxış yeni bir yaşayış kompleksinin istifadəyə verilməsi ilə bərabər, həm də onilliklər boyu işğalın ağır fəsadlarını yaşayan bir şəhərin yenidən dirçəldilməsi, sosial-iqtisadi və mənəvi baxımdan bərpası prosesinin siyasi-fəlsəfi çərçivəsinin formalaşdırılmasının ifadəsi idi.

Dövlətimizin başçısının vurğuladığı kimi, işğal dövründə Ermənistanın məqsədyönlü şəkildə urbisidə məruz qoyduğu Ağdam şəhərinin, demək olar ki, tamamilə dağıdılması sistemli və düşünülmüş siyasətin nəticəsi idi. Bu siyasət talançılıq yolu ilə iqtisadi qazanc əldə etmək, xalqımızın tarixi-mədəni izlərini silmək, ən əsası isə bu torpaqlara qayıdışı psixoloji və fiziki baxımdan mümkünsüz etmək məqsədi daşıyırdı.

İşğal illərində şəhərdə binaların daşlarının sökülərək müxtəlif istiqamətlərdə daşınması və satılması, məscidlərin, qəbiristanlıqların, tarixi abidələrin təhqir olunması Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğunu göstərir. Bu, eyni zamanda, şəhərsalma və mədəni irsə qarşı törədilmiş cinayətdən xəbər verir.

Bu məqamda, qeyd edək ki, Ermənistan Ağdamla yanaşı, Qarabağ və ətraf rayonları işğal altında saxladığı dövrdə ərazilərimizdə qəsbkarlıqdan daha irəli gedərək ekoloji terror, iqtisadi talançılıq və mədəni soyqırımı da həyata keçirib. 30 il ərzində düşmən ölkə və onun nəzarətində olan qeyri-qanuni qurumlar Azərbaycanın yeraltı və yerüstü sərvətlərini amansızcasına istismar edib. Qızıl, civə, mis, mərmər, tikinti materialları kimi qiymətli ehtiyatlar qeyri-qanuni şəkildə çıxarılaraq xarici bazarlara daşınıb. Bu proses nə ekoloji norma, nə də beynəlxalq hüquq çərçivəsində aparılıb. Mütəxəssislərin hesablamalarına görə, yalnız mədən sənayesi sahəsində Azərbaycana vurulan zərər milyardlarla dollarla ölçülür. İşğalçı bu sərvətləri talamaqla yanaşı, bölgənin gələcək iqtisadi inkişaf imkanlarını da uzun müddətlik sıradan çıxarıb.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistanın fəaliyyəti təkcə iqtisadi talanla məhdudlaşmayıb, həm də regionda ekoloji tarazlığın sistemli şəkildə pozulmasına yönəlib. Meşələrin kütləvi şəkildə qırılması, çayların sənaye və məişət tullantıları ilə çirkləndirilməsi, torpaqların minalarla və kimyəvi maddələrlə çirklənməsi ilə ekoloji fəlakətə yol açılıb. Xüsusilə, Oxçuçay və onun hövzəsi boyunca aparılan çirkləndirmə siyasəti ilə Azərbaycanın, eləcə də regionun ekosisteminə ağır zərbə vurulub. Bu, artıq beynəlxalq aləmdə də transsərhəd ekoloji cinayət kimi qiymətləndirilib.

Xatırladaq ki, zəngin flora və fauna müxtəlifliyi ilə tanınan Qarabağ bölgəsinin qəsbkarlıq illərində nadir bitki növləri məhv edilib, vəhşi heyvanların yaşayış arealları dağıdılıb, təbii qoruqlar, demək olar ki, yoxa çıxarılıb. Bu, gələcək nəsillərin təbii irs hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Ermənistanın işğal siyasətinin ən ağrılı tərəflərindən biri də mədəni və dini irsin məqsədli şəkildə məhv edilməsi olub. Məscidlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər dağıdılıb, bir hissəsi isə təyinatı dəyişdirilərək təhqiramiz məqsədlər üçün istifadə olunub. Beynəlxalq mediada bu vandalizm aktları Azərbaycan xalqı ilə bərabər, bütün bəşəriyyətin mədəni irsinə qarşı cinayət kimi qiymətləndirilib.

Qarabağ və Şərqi Zəngəzurun işğal altında saxlandığı illərdə Azərbaycan toponimlərinin erməniləşdirilməsi qəsbkarlıq siyasətinin ideoloji istiqamətlərindən biri olub. Bu addımla torpaqlarımızın tarixi kimliyini dəyişmək, saxta “tarixi əsaslar” formalaşdırmaq qarşıya əsas məqsədlərindən biri kimi qoyulub. Lakin bu cəhdlər beynəlxalq hüquq və tarixi faktlar qarşısında iflasla nəticələnib.

Yeri gəlmişkən, respublikamızın çoxsaylı maddi-mədəni nümunələri, o cümlədən 44 dini məbəd, 18 məscid qəddarcasına dağıdılıb. İşğal altında qalan ərazilərdə 12 muzey və 6 şəkil qalereyası, tarixi əhəmiyyətli 9 saray yerlə bir edilib, 40 min tarixi-etnoqrafik əhəmiyyətə malik eksponat işğalçı ölkəyə daşınıb. 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və xüsusi əhəmiyyətli əlyazma nümunələri yandırılıb. İşğal altındakı ərazilərdə şəhərlər və kəndlər yerlə bir edilib. Zavodlar sökülüb, elektrik xətləri, su şəbəkələri, dəmir yolları sıradan çıxarılıb. Düşmənin planlı şəkildə həyata keçirdiyi bu “yandırılmış torpaq” siyasətində məqsəd azadlıqdan sonra bölgənin bərpasını maksimum dərəcədə çətinləşdirmək olub.

Azərbaycan işğal dövründə və ondan sonra beynəlxalq hüquqa əsaslanaraq bu cinayətlərin sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl siyasət aparıb. BMT, Avropa İttifaqı və digər beynəlxalq qurumlar çərçivəsində məsələ qaldırılıb, monitorinqlər keçirilib, hesabatlar hazırlanıb. Bu faktlarla Ermənistanın Qarabağda həyata keçirdiyi siyasətin Cenevrə konvensiyalarına, ekoloji hüquqa və mədəni irsin qorunmasına dair beynəlxalq sənədlərə zidd olduğu bir daha təsdiqlənib.

Bu gün Qarabağ və Zəngəzurda davamlı olaraq yeni yaşayış komplekslərinin açılış mərasimləri keçirilir. Bununla da dağıdılmış torpaqlarımızda həyat canlanır, ekosistem dirçəlir, mədəni irs yenidən bərpa olunur. Bu, işğala məruz qalan şəhər və kəndlərimizin yenidən tikilib-qurulması prosesi olmaqla bərabər, həm də tarixi ədalətin bərpasının rəmzi kimi diqqət çəkir.

Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı respublikamızın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. düşməndən təmizlənən ərazilərimizə investor marağını da artırır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bu coğrafiyadakı strateji mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları bu ərazilərin gələcəkdə daha sürətlə inkişaf etmək imkanlarını genişləndirir.

Beləliklə, Qarabağın dirçəldilməsi Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi siyasəti – dağıdılanı bərpa etmək, itirilənləri daha müasir formada yenidən qurmaq və bu torpaqlarda uzunmüddətli, dayanıqlı həyatı gerçəkləşdirmək məqsədini açıq şəkildə göstərir. Bu proses iqtisadi olmaqla bərabər, həm də mənəvi məna daşıyır. Çünki bu torpaqlara qayıdan hər bir ailə, hər bir insan tarixi ədalətin bərpasının canlı şahidinə çevrilir.

Prezident İlham Əliyev dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı mərasimindəki çıxışında səsləndirdiyi fikirlər isə Azərbaycan dövlətinin azad edilmiş ərazilərdə quruculuq layihələrinin kampaniya xarakteri daşımadığını, bunun sistemli və strateji yanaşma olduğunu bir daha sübut edir. Qarabağın bugünkü mənzərəsi isə əzəli-əbədi bu yurd yerlərimizin gələcədə necə olacağından – müasir, inkişaf etmiş, iqtisadi cəhətdən güclü və sosial baxımdan rifahlı bir region kimi dünyada tanınacağından xəbər verir.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Dekabr 2025 04:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see471

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see457

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see382

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see228

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see224

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see215

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see208

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see207

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see190

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see188

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see182

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see182

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see181

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see179

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see174

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see173

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see172

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see168

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri