Ayxan Hacızadə Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyi üçün kanadalı naziri sərt tənqid edib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xarici İşlər Nazirliyini mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Colini qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib.
APA xəbər verir ki, nazirliyin rəsmisi bu barədə "X" hesabında paylaşım edib.
Hacızadə Kanada nazirini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib.
"Kanada milli maraqlarına üstünlük vermək və beynəlxalq arenada etimadı qorumaq əvəzinə Kanada Erməni Milli Komitəsinin maraqlarının müdafiəsində iştirak etmək, xarici işlər naziri rolu üçün lazım olan mühakimə və məlumatlılıq barədə ciddi suallar doğurur", – Hacızadə bildirib.
Azərbaycan xarici siyasət idarəsinin rəsmi nümayəndəsinin sözlərinə görə, Coli hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalmış bir milyondan çox azərbaycanlının əzablarını tanımayıb.
https://x.com/Aykhanh/status/1915473202446229513
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 25 Aprel 2025 07:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















