Ayxan Hacızadə: İran və İsraildəki səfirliklərimiz, konsulluğumuz fəaliyyətlərini davam etdirir
Apa.az saytına istinadən Icma.az xəbər verir.
İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.
APA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, bununla əlaqədar, ilkin olaraq İran İslam Respublikasındakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunub.
Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir.

İran və İsraildəki səfirliklərimiz işini davam etdirir? XİN dən açıqlama
20 İyun 2025 10:52
Ayxan Hacızadə İran səfirinin cavabını VERDİ
09 İyul 2025 13:40
Ayxan Hacızadə İran XİN sözçüsünün iddialarına cavab verib
04 Avqust 2025 18:27
Ayxan Hacızadə Paşinyana cavab verdi
16 May 2025 12:38
Ermənistan Xəzəri çirkləndirir Ayxan Hacızadə
13 Noyabr 2024 11:47

