Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Binəqədi rayon sakinləri icra hakimiyyətinin hərəkətsizliyindən, rayonun bərbad yollarından, şikayətlərinə baxılmamasından narazıdır.
Demokrat.azTribuna.az-a istinadən xəbər verir ki, sakinlər bu barədə Binəqədi rayon İcra Hakimiyyətinin rəsmi Feysbuk səhifəsinə yazırlar. İcra hakimiyyəti rayonda ara-sıra gördüyü işləri, icra başçısı Elxan Allahverdiyevin görüşlərini paylaşması sakinləri hiddətləndirir. Bir çox sakin bu cür paylaşımların altına şikayətlərini qeyd edirlər. Həmçinin bildirirlər ki, onların yazdığı şikayətlər, narazılıq dolu mesajlar dərhal səhifə adminləri tərəfindən silinir.
Binəqədi rayon sakini Naib Hüseynov bildirib ki, rayonun əsas yolları ara-sıra düzəldilir, lakin kənd yollarına illərdir baxan yoxdur:
“Binəqədi kəndini də arada yada salın. Burada yaşayanlar da binəqədilidi. Bir həftədir bu əraziyə avtobus gəlmir yolun bərbad olmasına görə. Xəstəsi, yaşlısı, uşağı – 2-3 km yolu piyada getməli olur. 150 metrlik yoldu. Bunu düzəltmək nə çətin işdir ki?”.
Digər sakin Samir Soltanov isə səhifəyə yazdığı şikayətlərin silinməsindən narazıdır:
“Yol ilə bağlı yazdığım şikayəti niyə silirsiniz? Həm işinizi görmürsünüz, həm də deyirsiz ki, heç nə tələb etməyin? İndi biz nə edək, prezidentə necə məlumat verək ki, Binəqədi rayon İcra Hakimiyyəti işini görmür”.
İcra hakimiyyətinin məsələylə bağlı mövqeyini öyrənməyə çalışsaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini, məsələ ilə bağlı cavabını işıqlandırmağa hazırıq.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 23 Dekabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















