Ayxan Hacızadə Nikol Paşinyana cavab verdi Ermənistan qonşuları ilə sülhün qurulmasında maraqlıdırsa...
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyana cavab verib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
"Bəs bütün bunlar həqiqətən nə deməkdir? Cənab Baş nazir, əməlləriniz sözlərdən daha yüksək səslə danışsın.
Maraqlıdır ki, sizin “sülhsevər hekayəniz” regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır.
Əgər Ermənistan həqiqətən də qonşuları ilə sülhün qurulmasında maraqlıdırsa, niyə siz hamınız “Qərbi Ermənistan” və “Dağlıq Qarabağ Respublikası” adlandırdığınız ərazilərə konstitusiyanızda və milli qanunvericiliyinizdə yer alan iddialardan əl çəkməyə başlamaqdan nəyin bahasına olursa olsun imtina edirsiniz?"- deyə mətbuat katibi bildirib.
Baxış sayı:147
Bu xəbər 09 Yanvar 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















