Icma.az
close
up
RU
Az sayda şagird üçün 11 illik məktəb saxlamaq səmərəsizdir AÇIQLAMA

Az sayda şagird üçün 11 illik məktəb saxlamaq səmərəsizdir AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, şagird sayı çox az olan bəzi kənd məktəblərinin fəaliyyəti dayandırılacaq. Həmin məktəblərdə çalışan müəllimlər və təhsil alan şagirdlər isə onlara daha yaxın ərazidə yerləşən digər məktəblərə yönləndiriləcək. Qərarın əsas səbəbi isə həmin məktəblərdə şagird sayının kifayət etməməsidir.

Qərar ilə bağlı düşüncələrini Redaktor.az-a bildirən təhsil eksperti Elçin Süleymanov bildirdi ki, məktəblərin kompleksləşdirilməsi, əslində, yeni bir məsələ deyil:

"Bununla bağlı artıq bir neçə ildir ki, proses həyata keçirilir. Burada əsas məqsəd dövlət vəsaitlərinin daha effektiv istifadə olunması və şagirdlər üçün real məktəb mühitinin yaradılmasıdır. Çünki elə ucqar kəndlər var ki, orada cəmi üç-beş şagird təhsil alır və bu qədər az sayda şagird üçün 11 illik məktəb saxlamaq kifayət qədər çətin və səmərəsizdir. Bu praktika əvvəllər də Azərbaycanda və digər keçmiş sovet respublikalarında mövcud olub. Şagird sayı az olan kəndlərdə ibtidai məktəblər fəaliyyət göstərir, bir qədər böyük kəndlərdə səkkizillik məktəblər olurdu. Ən böyük və mərkəzi kənddə isə tam orta məktəb yerləşirdi. İndiki proses də buna bənzər şəkildə həyata keçirilir: kontingenti az olan, bir-birinə yaxın kəndlərdə ən yaxşı infrastruktura malik və daha mərkəzi məktəb əsas məktəb kimi seçilir, digər kəndlərin şagirdləri isə ora nəqliyyat vasitələri ilə daşınır".

Ekspert əlavə etdi ki, bu halda nəqliyyata çəkilən xərc, həmin kənd məktəbinin ayrıca saxlanılmasına çəkilən xərclə müqayisədə qat-qat azdır. Onun sözlərinə görə, digər müsbət məqam ondan ibarətdir ki, şagird sayı artdıqca məktəbdə nizam-intizam daha güclü olur:

"Çünki bəzi ucqar ibtidai siniflərdə hər sinifdə bir-iki şagird olur və nəticədə müxtəlif siniflər birləşdirilərək bir yerdə dərs keçirilir ki, bu da təhsilin keyfiyyətini artırmır. Bundan başqa, şagirdlərin orta məktəb mühitində böyüməsi, sosiallaşması, dostluqlar qurması, müəllim kollektivi ilə ünsiyyəti kimi vacib məsələlər də böyük məktəblərdə daha effektiv şəkildə formalaşır. Ona görə də bu proses, qeyd edildiyi kimi, yeni deyil və bir neçə ildir davam etdirilir. Ümumilikdə, həm maliyyə resurslarının effektivliyi, həm də təhsil intizamının gücləndirilməsi baxımından faydalı addımdır. Burada əsas qeyd olunmalı məqam odur ki, şagirdlərin həmin məktəbə rahat gedib-gəlməsi üçün mütləq lazımi addımlar atılmalıdır. Daşımanın təşkili, nəqliyyat vasitələrinin ayrılması və valideynlərin üzərinə düşən yükün azaldılması təmin edilməlidir". 

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Noyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri