Arda Güler sürücülük vəsiqəsi almaq üçün kursa yazılıb
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real Madrid” futbol klubunun 21 yaşlı türkiyəli yarımmüdafiəçisi Arda Güler bu dəfə meydandakı çıxışı ilə deyil, Madriddəki gündəlik həyatı ilə gündəmə gəlib. Futbolçunun uzun müddətdir həyata keçirmək istədiyi arzusunu reallaşdırmaq üçün hərəkətə keçdiyi məlum olub.
İdman.Biz xəbər verir ki, Arda Güler sürücülük vəsiqəsi almaq üçün sürücülük kursuna yazılıb. Madrid şəhərində yaşayan futbolçu indiyədək şəhərdaxili gediş-gəlişini şəxsi sürücüsünün köməyi ilə təmin edirdi. Bildirilir ki, o, sükan arxasında təlim keçdikdən sonra öz avtomobilini idarə etməyə hazırlaşır.
Güler 2024-cü il mayın 30-da İspaniya mətbuatına verdiyi müsahibədə Valdebebas bazasına şəxsi sürücüsü ilə gedib-gəldiyini söyləmişdi. Sıx futbol qrafikinə görə sürücülük vəsiqəsi almağa vaxt tapmadığını bildirən türkiyəli futbolçu münasib fürsət yarananda bu arzusunu həyata keçirmək istədiyini də qeyd etmişdi.
İki il sonra Gülerin sürücülük kursuna yazılması onun bu istəyini gerçəkləşdirmək istiqamətində ilk konkret addım olub.
Baxış sayı:117
Bu xəbər 17 Noyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















