Azad edilmiş ərazilərdə beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azad edilmiş ərazilərdə beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev institutda keçirilən "Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər" mövzusunda elmi sessiyada deyib.
Onun sözlərinə görə, bu məsələ qarşıda duran əsas vəzifələrdən biridir:
"Qarabağda arxeoloji tədqiqatlar əsasən Xocalı tunc dövrü "Kurqan çölü" və nekropolu, Ağdam şəhərindəki İmarət kompleksi, Üzərliktəpə Orta Tunc dövrü yaşayış məskəni, Azıx- Tağlar paleolit abidələri, Füzuli kurqanları və Zəngilan rayonundakı Şəhri şərifan orta əsr şəhər yeri – istiqamətləri üzrə aparılacaq. Xüsusi olaraq Qafqaz Albaniyasının maddi mədəni irsinin öyrənilməsi ayrıca bir istiqaməti təşkil edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 14 May 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















