Icma.az
close
up
RU
Azad edilmiş ərazilərdə yaşıl enerji quruculuğu

Azad edilmiş ərazilərdə yaşıl enerji quruculuğu

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Energetika Nazirliyində işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə işçi qrupunun 13-cü iclası keçirilib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə “Yaşıl enerji zonası” elan edilmiş azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Nazir vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yaşıl texnologiyalar və enerji səmərəliliyi prinsipləri əsasında inkişafı artıq nümunəvi modelə çevrilib və keçirilən monitorinqlərin müsbət dinamikası da bunu bir daha sübut edir.

Ötən iclasdan bəri dövlət başçısının Cəbrayıl, Zəngilan, Xocalı, Füzuli, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə, Xocavənd və Laçın rayonlarına səfərləri zamanı təməli qoyulan və istifadəyə verilən yaşayış məntəqələri və sosial-infrastruktur, o cümlədən enerji obyektləri barədə məlumat verilib. Qeyd olunub ki, ölkə Prezidentinin Cəbrayıla səfəri çərçivəsində rayonun Şükürbəyli kəndinin, eləcə də Soltanlı kəndində “Azərenerji” ASC-nin 330 kilovoltluq “Şəfəq” yarımstansiyasının və Laçında su elektrik stansiyalarının açılış mərasimləri keçirilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda günəş elektrik stansiyalarının tikintisi, Kəlbəcər və Laçın rayonlarında özəl sektor hesabına 4 kiçik su elektrik stansiyasının inşasının, eləcə də Kəlbəcərdə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədilə ölçmə-müşahidə işləri üzrə irəliləyişləri diqqətə çatdırıb. Bildirilib ki, azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbat nəinki tamamilə yaşıl enerji hesabına ödənilir, hətta yaranan əlavə güclər ölkənin ümumi enerji şəbəkəsinə də ötürülür.

Sonra Ağdam şəhərində, Xocavənd rayonunun bir sıra kəndlərində, eləcə də Qırmızı Bazar və Hadrut qəsəbələrində yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticələrinə və Cəbrayıl rayonunun Horovlu, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərində vətəndaşların fəal istehlakçı kimi qeydiyyatının cari vəziyyətinə dair hesabatlar dinlənilib.

Bildirilib ki, ümumilikdə, azad edilmiş ərazilərdə indiyədək 2 min 500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 8 min kilovatdan çox olan günəş panelləri və 8 mindən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Həmin qurğuların 43 faizi, yəni təqribən, 3 min 500-ü günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə quraşdırılmış elektrik doldurma qurğuları, evlərin və binaların izolyasiyası ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

İclasda yaşayış komplekslərində istilik təminatı ilə bağlı məsələlər də nəzərdən keçirilib. Müzakirələrin yekununda irəli sürülən təkliflərin həyata keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpaolunan enerji mənbələri ilə zənginliyi artıq beynəlxalq səviyyədə də öz təsdiqini tapıb. Aparılmış son qiymətləndirmələrə əsasən, burada, təxminən, 7 min 200 meqavat külək, 2 min meqavat günəş və 500 meqavata yaxın hidroenerji potensialı mövcuddur. Son illər işğaldan azad olunmuş ərazilərin yaşıl enerji potensialının hərəkətə gətirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası”na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, “AzərEnerji” ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir. Ötən müddətdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 40-a yaxın kiçik su elektrik stansiyası istismara verilib. Həmin stansiyaların ümumi gücü, təxminən, 307 meqavat təşkil edir. Eyni zamanda, bölgədə 6 yeni hidroelektrik stansiyanın tikintisi planlaşdırılır. Onlardan biri Sərsəng su anbarı üzərində yerləşən hidroelektrik stansiyadır. Nominal gücü 50 meqavat olan bu stansiya hazırda 5-6 meqavat rejimində fəaliyyət göstərir. Digər stansiyalar isə əsasən Muxtarçay və Oxçuçay kimi dağ çayları üzərində inşa edilir.

Yeri gəlmişkən, bu il iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılış mərasimi keçirilib. Ümumilikdə isə, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 meqavat olan 11 su elektrik stansiyası tikilib. Bunun da nəticəsində Laçın rayonunun 8-10 meqavatlıq elektrik enerjisi tələbatı tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl enerji layihələrinin genişləndirilməsi çərçivəsində Cəbrayıl rayonunun ərazisində 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi sürətlə davam etdirilir. Layihə çərçivəsində tikinti işlərinin isə 2027-ci ildə başa çatdırılması planlaşdırılır. İstismara verildikdən sonra burada ildə, təqribən, 500 giqavat-saat bərpaolunan enerji istehsal ediləcəyi gözlənilir.

Bununla yanaşı, “Nobel Energy” şirkəti Cəbrayıl rayonunun Şəvəlli kəndində ümumi gücü 100 meqavat olan günəş enerjisi layihələrinin icrasına, o cümlədən 50 meqavat gücündə “Üfüq” stansiyasının tikintisinə başlayıb. Gələcəkdə stansiyada il ərzində, təxminən, 110 milyon kilovat-saat təmiz elektrik enerjisi istehsal ediləcəyi gözlənilir.

Eyni zamanda, Laçın və Kəlbəcər rayonlarında 100 meqavat gücündə külək elektrik stansiyası üçün ilkin olaraq 2 sahə müəyyən edilib. Həmin sahələrdən əldə edilən məlumatlar əsasında informasiya sorğusu sənədi potensial investorlara təqdim edilib. Bütün bu layihələrin həyata keçirilməsi isə 2040-cı ilə qədər regionun enerji tələbatının tam şəkildə bərpaolunan enerji mənbələri hesabına ödənilməsinə imkan yaradacaq.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri