Icma.az
close
up
RU
Azad ərazilərdə təhlükəsizliyi artırmaq üçün minaaxtaran itlər cəlb olunacaq

Azad ərazilərdə təhlükəsizliyi artırmaq üçün minaaxtaran itlər cəlb olunacaq

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə yeni mina qurbanlarının qarşısını almaqdır

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi sentyabrın 1-dən “Minaaxtaran itlər vasitəsilə minaların təmizlənməsinin sürətləndirilməsi” adlı yeni layihənin icrasına başlayıb.

Qurumdan AYNA.AZ-a bildirilib ki, layihə Kanadanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək. Layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə yeni mina qurbanlarının qarşısını almaqdır.

Həmçinin kənd təsərrüfatı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün minaların təmizlənməsinin sürətləndirilməsidir. Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər minalarla çirklənmiş ərazinin yoxlanılmasına və minaların aşkarlanmasına çox böyük töhfə verə bilir. Bu baxımdan layihənin digər əsas məqsədi minatəmizləmə potensialının gücləndirilməsi, təhlükəli ərazilərin daha qısa müddətdə təhlükəsiz vəziyyətə gətirilməsinə dəstək göstərilməsi və nəticə etibarilə mülki əhalinin təhlükəsizliyinin artırılmasıdır.

Məlumdur ki, minaaxtaran itlər məsafədən idarə olunan texnikanın və ya minaları müəyyən edən detektorların hərəkətinin məhdud olduğu çətin relyefli ərazilərdə, meşəliklərdə və sıx bitki örtüyü olan sahələrdə səmərəli şəkildə fəaliyyət göstərə bilirlər. Detektorlar ərazidəki istənilən metal parçasına (məsələn məftil qırıqlarına) reaksiya verdiyi üçün belə sahələrdə işləmək çətindir və çox vaxt aparır. Minaaxtaran itlər isə metala deyil, bilavasitə partlayıcı maddənin qoxusuna reaksiya verdikləri üçün belə çirklənmiş ərazilərdə daha sürətli və dəqiq nəticə göstərirlər.

Bu layihə çərçivəsində iki minaaxtaran itin alınması, beynəlxalq standartlara uyğun müvafiq prosedurlardan keçirildikdən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) həyata keçdiyi minatəmizləmə əməliyyatlarına cəlb olunması nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://ayna.az
archiveBu xəbər 01 Sentyabr 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri