Icma.az
close
up
RU
Azad edilmiş ərazilərdə minaaxtaran itlərdən istifadə olunacaq

Azad edilmiş ərazilərdə minaaxtaran itlərdən istifadə olunacaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi sentyabrın 1-dən “Minaaxtaran itlər vasitəsilə minaların təmizlənməsinin sürətləndirilməsi” adlı yeni layihənin icrasına başlayır.

XQ xəbər verir ki, layihə Kanadanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək. Layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə yeni mina qurbanlarının qarşısını almaqdır. Həmçinin kənd təsərrüfatı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün minaların təmizlənməsinin sürətləndirilməsidir. Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər minalarla çirklənmiş ərazinin yoxlanılmasına və minaların aşkarlanmasına çox böyük töhfə verə bilir. Bu baxımdan layihənin digər əsas məqsədi minatəmizləmə potensialının gücləndirilməsi, təhlükəli ərazilərin daha qısa müddətdə təhlükəsiz vəziyyətə gətirilməsinə dəstək göstərilməsi və nəticə etibarilə mülki əhalinin təhlükəsizliyinin artırılmasıdır.

Məlumdur ki, minaaxtaran itlər məsafədən idarə olunan texnikanın və ya minaları müəyyən edən detektorların hərəkətinin məhdud olduğu çətin relyefli ərazilərdə, meşəliklərdə və sıx bitki örtüyü olan sahələrdə səmərəli şəkildə fəaliyyət göstərə bilirlər. Detektorlar ərazidəki istənilən metal parçasına (məsələn məftil qırıqlarına) reaksiya verdiyi üçün belə sahələrdə işləmək çətindir və çox vaxt aparır. Minaaxtaran itlər isə metala deyil, bilavasitə partlayıcı maddənin qoxusuna reaksiya verdikləri üçün belə çirklənmiş ərazilərdə daha sürətli və dəqiq nəticə göstərirlər.

Bu layihə çərçivəsində iki minaaxtaran itin alınması, beynəlxalq standartlara uyğun müvafiq prosedurlardan keçirildikdən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) həyata keçdiyi minatəmizləmə əməliyyatlarına cəlb olunması nəzərdə tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri