Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi yeni layihə həyata keçirir
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi (AİİYM) 2025–cü ilin may ayından etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələrinə və müharibə iştirakçılarına sosial-psixoloji dəstək” adlı layihəsini həyata keçirir.
"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin mahiyyəti müharibədən zərçəkmiş şəxslərə - şəhid ailələrinə, müharibə əlillərinə və müharibə iştirakçılarına sosial-psixoloji xidmətlərin göstərilməsi ibarətdir. Layihə çərçivəsində Tovuz rayonunda sosial-psixoloji dəstək mərkəzinin (SPDM) yaradılması, SPDM -də cəlb edilmiş ən azı 100 benefisiara sosial-psixoloji reabilitasiya xidmətlərin göstərilməsi, şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları və onların ailələrini, həmin şəxslərə dair qanunvericilik və dövlət proqramları ilə bağlı maarifləndirmək, evlərdə səyyar sosial-psixolji xidmətləri təşkil etmək, benefisarlara göstərilən sosial-psixoloji xidmətlərin təkmiləşdirilməsi ilə bağlı qanunvericiliyə təkliflərin hazırlanması nəzərdə tutulur.
"Cebheinfo.az"


