Icma.az
close
up
RU
Azad Məsiyev Putin diqtə edən tərəf, Zelenski isə siyasi meyitdir SÖHBƏT

Azad Məsiyev Putin diqtə edən tərəf, Zelenski isə siyasi meyitdir SÖHBƏT

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şərtləri qəbul edilməyincəyə qədər Rusiyanın tankları dayanmayacaq


ABŞ münaqişənin Avropa ilə Rusiya arasında getməsində maraqlıdır


Rusiya-Ukrayna münaqişəsi son dövrlərdə dünya siyasətində və iqtisadiyyatında böyük dəyişikliklərə səbəb olub. Bu münaqişə yalnız iki ölkə arasında deyil, bütün dünya üzrə güc münasibətlərini dəyişdirib. Rusiya ilə NATO arasındakı qarşıdurma, hərbi və siyasi maraqlarla yanaşı, iqtisadi təsirlərə də yol açıb. Münaqişənin səbəbləri və bunların həlli məsələsi, dünya siyasətindəki güclərin qarşıdurması ilə nəticələnməkdə davam edir. 

Bu münaqişənin nəticələri, gələcəkdəki dünya nizamını formalaşdıracaq və mümkün həll yollarının tapılmasında mühüm rol oynayacaq.


Politoloq Azad Məsiyev Sherg.az-ın suallarını cavablayıb. Müsahibəni təqdim edirik:


-Rusiya-Ukrayna münaqişəsinin dünya siyasətinə və iqtisadiyyatına təsiri nədir və bu münaqişənin sülh yolu ilə həlli mümkünmüdür?

-Rusiya-Ukrayna münaqişəsi dünyanın iqtisadi-siyasi sisteminə köklü şəkildə təsir etməkdədir. Artıq bu münaqişə bir daha onu göstərdi ki, dünya siyasəti beynəlxalq qanunlarla deyil, gücün qanunları ilə tənzimlənir. Bu münaqişə Rusiya-Ukrayna arasından kənara çıxaraq NATO-Rusiya arasında gedən bir savaşa çevrilib. Ukrayna bir paliqondur. Münaqişənin sülh yolu ilə həlli hələlik üfüqdə belə görünmür. 


-Rusiya-Ukrayna münaqişəsinin həlli üçün əsas səbəblər nələrdir və bu səbəbləri aradan qaldırmaq münaqişənin sonlanmasına necə təsir edə bilər?

-Rusiya-Ukrayna münaqişəsi bir nəticədir. Hər bir nəticəni doğuran səbəb var. Əgər dünyanın güc mərkəzləri, ağıllı insanları bu münaqişənin həllini istəyirlərsə, mütləq şəkildə onu yaradan səbəbə qiymət verməli, aradan qaldırmalıdırlar. 

Münaqişənin əsas səbəblərindən biri NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsidir. Hər şey eyni zamanda 2014-cü ildə demokratiya ideası adı altında ABŞ başda olmaqla Qərb koalisiyasının Ukraynanı işğal etməsi ilə qaynaqlanır. Rusiya bu işğalçılığı qəbul etmədi və nəticə olaraq münaqişə başladı. Qərb koalisiyası Rusiyanı bu münaqişəyə bir başa təhrik etdi. 


-ABŞ və NATO niyə Rusiya ilə olan gərginliyi artıraraq onu "düşmən" elan etdilər?

-Bu illər ərzində Rusiya lideri Putin dəfələrlə ABŞ-yə və NATO blokuna çağırış etdi ki, bu prosesə qiymət versinlər. Başda ABŞ olmaqla NATO bloku isə Rusiyanı düşmən elan etdi. Rəsmi Moskvanı dünya siyasi xəritəsindən silmək üçün münaqişəyə sürüklədilər. Onun ətrafında qaynar ocaqlar yaratdılar.


-Rusiya münaqişədə necə bir üstünlük əldə edib?

-Rusiya özünü müdafiə tədbiri görməkdədir. O, "ən gözəl müdafiə hücumdur" prinsipini həyata keçirdir. Nəticə etibarı ilə bu münaqişədə Rusiya həm hərbi baxımdan, həm siyasi baxımdan, həm də iqtisadi baxımdan qalib tərəfdir. NATO-Rusiya savaşı gedir. Bu savaşda Ukrayna öz ərazisinin 20-25%-ni itirib və münaqişə getdikcə Ukraynanın dərinliklərinə doğru irəliləyir. Artıq Ukraynanın 5 vilayətinə Rusiyanın hərbi kontingeti tərəfindən nəzarət olunur. 

Eyni zamanda iqtisadi baxımından da Rusiya qalib tərəfdir. Ona görə ki, Ukraynanın təbii sərvətlərinin 70%-nə, qiymətli, əlvan metal yataqlarına isə tam nəzarət edir.  


-Bu üstünlük siyasi sahədə özünü necə göstərir?

Siyasi baxımdan vəziyyət belədir ki, Trampın hakimiyyətə gəlməsi, onun verdiyi bəyanatlar və Rusiya prezidentinin diktəsi NATO blokunu parçalayıb. Bu yaxınlarda Parisdə Avropa dövlətləri bir araya gəldi və ortaq bir qərar qəbul edə bilmədilər. Çünki NATO bloku ilə yanaşı Avropa da parçalanmaqdadır. Bu dövlət arasında vahid bir fikir yoxdur. 


-Rusiya bu münaqişədə qalib olarsa bu vəziyyət, dünya güc mərkəzlərindən hansı yanaşmanı tələb edəcək? 

-Hadisələrin gedişi artıq onu göstərir ki, Rusiya qalib və diktə edən tərəfdir. Bu baxımdan Rusiyanın şərtləri qəbul edilməlidir. Əgər dünyada bu münaqişəni sülh yolu ilə həll etmək istəyən qüvvələr varsa, mütləq şəkildə Rusiyanın şərtlərini əsas kimi qəbul etməlidirlər. 


-Münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna hansı şərtləri qəbul etməlidir?

-Rusiya prezidenti Ukrayna prezidenti Zelenskini legitim prezident kimi tanımır. Ümumilikdə Zelenski siyasi bir meyitdir. O nə qədər tez dəfn olunarsa bir o qədər də yaxşıdır. Çünki Zelenskinin varlığı Ukrayna xalqı üçün fəlakət deməkdir. Zelenski nə qədər ki, hakimiyyətdədir Rusiya dayanmayacaq. Rusiyanı hərbi maşını Ukraynanın dərinliklərinə doğru irəliləyəcək. 

Putin açıq şəkildə bəyan edir ki, rəsmi Kiyevdə seçkilər keçirilməlidir. Zelenskinin yerinə elə bir şəxs hakimiyyətə gəlməlidir ki, Ukraynanaya neytiral dövlət statusu əldə etmək siyasəti həyata keçirsin. Yəni Ukrayna Qoşulmama hərəkatının üzvü olmalıdır. NATO-ya inteqrasiya etməməlidir. Bu Rusiyanın əsas şərtlərindən biridir. 


-Trampın hakimiyyətə gəlməsi Ukrayna münaqişəsində necə bir siyasi dəyişiklik yaratdı? 

-Trampın hakimiyyətə gəlməsi ilə Ukrayna münaqişəsində, ümumilikdə dünyada yeni bir siyasi situasiya yaranıb. Çünki Tramp açıq şəkildə Zelenskinin hakimiyyətdən getməsində maraqlıdır. Trampın onu diktator elan etməsi, korrupsiyada ittiham etməsi, eyni zamanda Zelenskinin hakimiyyətə gəlməsi ilə Rusiyanı münaqişəyə təhrik etməsi kimi bəyanatları var. Bunlar bir daha onu göstərir ki, Tramp Putinin tələblərini və mövqeyini qəbul edir. 


-Nə üçün münaqişəsinin sülh yolu ilə həlli hələ real görünmür?

-Ona görə ki münaqişə qlobal arenaya daxil olub. Bu, Ukraynanın iradəsindən kənar bir məsələdir. Bu məsələdə Zelenski söz sahibi deyil. Zelenski bir alətdir. Onu oynadırlar. Zelenskini qızışdıraraq oyuna gətirən Qərb indi onu sakinləşdirməyə çalışır. Məsələ burasındadır ki, o artıq köhnəlmiş alətdir, sıradan çıxarılıb. Ona görə də yenisi lazımdır.


-ABŞ-nin Avropa ilə Rusiya arasındakı münaqişədə maraqlı olmasının səbəbləri nələrdir?

-Məsələnin bir qədər dərin təhlilinə baxsaq görərik ki, ABŞ münaqişənin Avropa ilə Rusiya arasında getməsində maraqlıdır. Ona görə ki, Amerikan imperatorluğuna təhlükə yaradan bir hal var ki, o da Avropanın pul vahidi olan avrodur. Avro dollar məzəmməsinə təsir edir. Amerikanın gücünün dollarda olduğuna görə bu pul vahidinin zəifləməsi Amerikan imperatorluğunun zəifləməsi deməkdir. Bu baxımdan avronun dünya bazarından sıxışdırılıb çıxarılması üçün mütləq şəkildə Avropa iqtisadiyyatı çökməlidir. Ona görə də Avropa ilə Rusiya arasında bir gərginlik lazımdır ki, Avropa iqtisadi cəhətdən çöksün. Çünki iqtisadiyyatın əsas şərtlərindən biri xammal və enerjidir. Bu iki şərt isə Avropaya Rusiyadan gedir. Rusiya ilə Avropa arasında 2014-cü ilə qədər çox müsbət tendensiya ilə inkişaf gedirdi. Kütləvi informasiya vasitələrinin verdiyi qeyri-rəsmi məlumata görə Avropa 600 milyard dollardan çox Rusiyaya sərmayə qoyub. Bu isə ABŞ-nin maraq dairəsində deyildi. 


-ABŞ-nin "Şimal axını 2" layihəsinin dayandırılması ilə bağlı atdığı addımlarda məqsədi nə idi?

-Qeyd etdiyim dövrdə ABŞ-dən dəfələrlə təziq bəyənatları gəlirdi ki, "Şimal axını 2"-nin tikintisinə yol verilməsin. Münaqişə başlayan kimi bu tikinti dayandırıldı və sıradan çıxarıldı. Avropa ilə Rusiyanın əlaqəsi kəsildi. Yəni məqsəd Rusiya ilə Avropanın əlaqəsini kəsmək, Amerikan imperatorluğuna təhlükə yaradan avronun dünya bazarından çıxartmaq, eyni zamanda Rusiya hərbi gücünü zəiflətmək anlamı daşıyırdı. Bu da həyata keçirildi.


-Rusiya-Ukrayna münaqişəsinin nəticələri dünya üçün nə dərəcədə təhlükəli ola bilər?

-Nəticə çox acınacaqlı bir hal alıb. Dünyada elə bir xaos yaranıb ki, bunun qısa müddətdə qarşısını almaq qeyri-mümkündür. Reallıq ondan ibarətdir ki, bu münaqişədə diktə edən tərəf Rusiyadır. Onun şərtləri qəbul edilməyincəyə qədər Rusiyanın tankları dayanmayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Fevral 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see181

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see179

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see125

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri