Icma.az
close
up
RU
Azad olunan ərazilərdə bərpa işləri uğurla davam edir ŞƏRH EDİLDİ

Azad olunan ərazilərdə bərpa işləri uğurla davam edir ŞƏRH EDİLDİ

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"44 günlük Vətən müharibəsinin bitməsindən sonra Azərbaycan Prezidenti tərəfindən azad olunmuş ərazilərin bərpa və quruculuq işlərinin həyata keçirilməsi, həmçinin Böyük Qayıdışın təmin edilməsi məqsədilə dövlət proqramı qəbul olunub. Bu proqrama uyğun olaraq həmin ərazilər yenidən bərpa edilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.O bildirib ki, infrastruktur layihələri həyata keçirilir, yollar salınır, digər mühüm kommunal xidmətlərin təminatı məsələləri öz həllini tapır, gələcəkdə ərazidə yaşayan əhali üçün rahat yaşam şəraiti yaradılır: "İnfrastruktur layihələrinin həyata keçirilməsindən əvvəl, ilk növbədə təhlükəsizlik məsələləri həll olunmalıdır. Bildiyimiz kimi, 30 illik işğal dövründə Ermənistan ordusu Azərbaycan ərazilərində müxtəlif üsullarla təxminən 1 milyona yaxın mina yerləşdirib ki, bu da ciddi təhlükə yaradır.Heç təsadüfi deyil ki, savaşın bitdiyi dövrdən bu günə qədər 400-dən çox Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Bu ağır vəziyyətlə mübarizə aparmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edib. Artıq minlərlə hektar ərazi minalardan təmizlənib, lakin proses hələ də davam edir.Həmin ərazilərə qayıdan insanların işlə təmin olunması məsələləri həll olunur və davam etdirilir. Bundan əlavə, bölgədə iş adamları və şirkətlərin fəaliyyəti üçün imtiyazlı şərait yaradılır. Enerji təminatı ilə bağlı layihələr artıq icra olunur; 30-dan artıq hidroelektrik stansiya bərpa edilib, külək və günəş enerji stansiyalarının qurulması isə davam edir. Gələcəkdə alternativ enerji imkanları daha da genişləndiriləcək.İnkişaf üçün ciddi addımlar atılır: su anbarlarının bərpası həyata keçirilir, suvarma və irriqasiya sistemləri qaydaya salınır. Həmçinin həmin ərazilərdə azad iqtisadi zonalar yaradılıb ki, bu da biznes fəaliyyətinin inkişafı üçün ciddi stimul rolunu oynayır.Dövlət proqramı çərçivəsində bütün nüanslar nəzərə alınır və həyata keçirilməlidir, çünki həmin ərazilər yaşayış üçün son dərəcə uyğundur. Proses sürətlə davam edir və artıq 50 minə yaxın soydaşımız ata-baba yurdlarına qayıdıb, işlə təmin olunub.Nəzərə alsaq ki, 2026-cı ilin sonuna qədər bu ərazilərdə yaşayanların sayı 140 minə çatmalıdır və 2040-cı ilə qədər proqramın icrası tamamlanacaq, demək olar ki, proqram mərhələli şəkildə nəzərdə tutulduğu vaxt ərzində uğurla həyata keçiriləcək".

Müəllif: Günel Fərzəliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Avqust 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri