Icma.az
close
up
RU
Azad olunan ərazilərdə bərpa işləri uğurla davam edir ŞƏRH EDİLDİ

Azad olunan ərazilərdə bərpa işləri uğurla davam edir ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"44 günlük Vətən müharibəsinin bitməsindən sonra Azərbaycan Prezidenti tərəfindən azad olunmuş ərazilərin bərpa və quruculuq işlərinin həyata keçirilməsi, həmçinin Böyük Qayıdışın təmin edilməsi məqsədilə dövlət proqramı qəbul olunub. Bu proqrama uyğun olaraq həmin ərazilər yenidən bərpa edilir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, infrastruktur layihələri həyata keçirilir, yollar salınır, digər mühüm kommunal xidmətlərin təminatı məsələləri öz həllini tapır, gələcəkdə ərazidə yaşayan əhali üçün rahat yaşam şəraiti yaradılır: "İnfrastruktur layihələrinin həyata keçirilməsindən əvvəl, ilk növbədə təhlükəsizlik məsələləri həll olunmalıdır. Bildiyimiz kimi, 30 illik işğal dövründə Ermənistan ordusu Azərbaycan ərazilərində müxtəlif üsullarla təxminən 1 milyona yaxın mina yerləşdirib ki, bu da ciddi təhlükə yaradır.

Heç təsadüfi deyil ki, savaşın bitdiyi dövrdən bu günə qədər 400-dən çox Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub. Bu ağır vəziyyətlə mübarizə aparmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edib. Artıq minlərlə hektar ərazi minalardan təmizlənib, lakin proses hələ də davam edir.

Həmin ərazilərə qayıdan insanların işlə təmin olunması məsələləri həll olunur və davam etdirilir. Bundan əlavə, bölgədə iş adamları və şirkətlərin fəaliyyəti üçün imtiyazlı şərait yaradılır. Enerji təminatı ilə bağlı layihələr artıq icra olunur; 30-dan artıq hidroelektrik stansiya bərpa edilib, külək və günəş enerji stansiyalarının qurulması isə davam edir. Gələcəkdə alternativ enerji imkanları daha da genişləndiriləcək.

İnkişaf üçün ciddi addımlar atılır: su anbarlarının bərpası həyata keçirilir, suvarma və irriqasiya sistemləri qaydaya salınır. Həmçinin həmin ərazilərdə azad iqtisadi zonalar yaradılıb ki, bu da biznes fəaliyyətinin inkişafı üçün ciddi stimul rolunu oynayır.

Dövlət proqramı çərçivəsində bütün nüanslar nəzərə alınır və həyata keçirilməlidir, çünki həmin ərazilər yaşayış üçün son dərəcə uyğundur. Proses sürətlə davam edir və artıq 50 minə yaxın soydaşımız ata-baba yurdlarına qayıdıb, işlə təmin olunub.

Nəzərə alsaq ki, 2026-cı ilin sonuna qədər bu ərazilərdə yaşayanların sayı 140 minə çatmalıdır və 2040-cı ilə qədər proqramın icrası tamamlanacaq, demək olar ki, proqram mərhələli şəkildə nəzərdə tutulduğu vaxt ərzində uğurla həyata keçiriləcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Avqust 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri