Icma.az
close
up
RU
Zəngilandan başlanmış köç prosesi azad olunmuş digər ərazilərdə uğurla davam edir ŞƏRH

Zəngilandan başlanmış köç prosesi azad olunmuş digər ərazilərdə uğurla davam edir ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 fevral, AZƏRTAC

Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin reallıqları fonunda işğaldan azad edilmiş bütün torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin yeni ilin əvvəlində ənənəvi olaraq yerli televiziya kanallarına müsahibəsi digər sahələr kimi, bu istiqamətdə də görülən işlərin yekunu, qarşıda dayanan vəzifələrin, çağırışların təqdimatı kimi dəyərləndirilir. Ölkə Prezidenti həmin müsahibədə son üç ildə 10 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qaytarıldığını, on mindən çox köçkünün artıq evlərlə təmin edildiyini və orada yaşadığını önə çəkərək bu hədəfi açıqladı ki, 2025-ci il üçün planda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması nəzərdə tutulur.

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdən dərhal sonra başlanan bərpa-quruculuq işlərinin miqyası bu gün qayıdış ünvanlarının, həmçinin bura qayıdan keçmiş məcburi köçkünlərin say tərkibində özünün aydın ifadəsini tapır. Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanmış köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. Artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış kəndində, Füzuli, Şuşa, Laçın, Cəbrayıl və Xocalı şəhərlərində, Laçın rayonunun Sus, Zabux, Xocalı rayonunun Ballıca kəndlərində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Qürurvericidir ki, son dörd ildə dövlət büdcəsindən vəsaitin ayrıldığı sahələr sırasında azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri xüsusi yer tutur. Bu il bu məbləğ 4 milyard manatdır. Ümumilikdə 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla, dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 22 milyard manata yaxın vəsait ayrılıb. Azərbaycanın iqtisadi və maliyyə imkanları hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri bu mühüm məqamların təqdimatında əhəmiyyətli rol oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

Deputat qeyd edib ki, dövlətimizin başçısının təkcə fevralın 18-də Ağdam rayonuna, onun ardınca fevralın 19-da Xankəndi şəhərinə, Xocalı rayonuna səfərləri çərçivəsində aparılan işlərlə tanışlığına, eyni zamanda, açılışında iştirak etdiyi sosial obyektlərə diqqət yetirmək kifayətdir: “Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində “Hilton Garden İnn” hotelində, Muğam Mərkəzində, 1267 mənzilli 2-ci yaşayış kompleksində, 1 nömrəli tam orta məktəbdə, 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri, 209 mənzilli “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə, Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış oldular. Fevralın 19-da Prezident İlham Əliyev Xankəndi şəhərində “Bulud” hotelinin açılışında iştirak etdi, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə tanış oldu, Zəfər parkının təməlqoyma mərasimi keçirildi. Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan dövlətimizin başçısı kəndə köçən bir qrup sakinlə görüşdü”.

Malik Həsənov vurğulayıb ki, Xocalı rayonunun Ballıca kəndinin timsalında bərpa-quruculuq işlərinin aydın mənzərəsini təqdim etmək mümkündür: “Ballıca kəndi bərpa edilən və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Artıq burada 500-ə yaxın insan yaşayır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, gənclər həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir. Sakinlərlə görüşdə Prezident bu məqamı qürur hissi ilə vurğuladı ki, keçmiş məcburi köçkünlər hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir. Bütün Qarabağ, Şərqi Zəngəzur dirçəlir və hər gün bunu əyani şəkildə görürük”.

Deputat qeyd edib ki, 2023-cü ilin sentyabr ayında həyata keçirilən birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qısa müddətdə görülən işlərin miqyası olduqca böyükdür: “Ötən il 28 May - Müstəqillik Günündə Xocalı şəhəri sakinlərinə qovuşdu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim etdilər. Həmin görüşdə Böyük Qayıdış Proqramının Xocalı səhifəsinin yazıldığını bildirən dövlətimizin başçısı belə bir əminliyi ifadə etdi ki, yaxın gələcəkdə digər xocalılılar da böyük həvəslə buraya qayıdacaqlar. Xocalı faciəsindən, insanlığa qarşı törədilən cinayətdən bəhs edən Prezident xocalılıların faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə, o cümlədən Ağcakənddə keçirməli olduqlarını bildirdi. O da qeyd edildi ki, birinci köçkün qəsəbəsi məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün Ulu Öndər Heydər Əliyevin iştirakı ilə salınıb. O vaxtdan bu günədək nə qədər gözəl tarix yazıldı. Qarabağ tam azad olundu. 44 günlük İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar ki, bu gün də gələcək”.

Deputat bildirib ki, azad edilmiş ərazilərimizdə görülən işlər, soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı Böyük Qayıdış Proqramının birinci mərhələsinin uğurla başa çatacağından xəbər verir. Bütün işlər ardıcıllıqla həyata keçirilir. Bərpa olunan şəhər və kəndlərimiz sakinlərini gözləyirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri