Azad olunan ərazilərin bərpası zamanı nələrə diqqət edilir? Komitə sədrindən açıqlama
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azad edilən 12 şəhərdən 8-nin Baş Planı təsdiq olunub, 4 şəhər üzrə isə işlər yekunlaşmaq üzrədir".
Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
Komitə sədri bildirib ki, Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində yüzlərlə kəndin planlaşdırılması da həyata keçirilir:
"Yaşayış məntəqələrinin ölçüsündən, yerləşdiyi ərazinin coğrafi çətinliklərindən və landşaftından asılı olmayaraq, biz onların hər birini 20 illik inkişaf perspektivi nəzərə alınmaqla planlaşdırmışıq. Məhz bu planlar əsasında həm yenidənqurma aparılır, həm də sakinlərin öz doğma yurdlarına qayıdışı təmin olunur".
Daha ətraflı Baku Tv-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 17 Noyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















