Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

İnsan sağlamliğina verilən dəyər

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Gücün səssiz mərkəzi: Osman i Şahanə

Gücün səssiz mərkəzi: Osman i Şahanə

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Türkan TURAN

Yolum Karaköydə yerləşən SALT Qalatayadır. Osmanlının ilk bankı olan binaya. Açığı yola çıxarkən hansı mənzərə ilə qarşılaşacağımı təsəvvür etməmişdim. Banklar küçəsində sağa-sola baxa-baxa irəliləyərkən memarlıq tərzi və böyüklüyü ilə önündə heyrətdən donub qaldığım binanın önündə ayaq saxladım. Bir anlıq "kaş, axtardığım yer bura olardı" istəyi keçdi ürəyimdən. Elə bu məqamda naviqator dayandı və xəbərdarlıq etdi, dedim "aha, istədiyim yar idi, yetirdi pərvərdigar". Həqiqətən də, o yer bura idi. Bina o qədər böyükdür ki, yazılan ad üstündə qarışqa kimi balaca görünür. Çaşğınlıq və heyrət içində 1847-ci ildən qalma fırlanan taxta qapını itələyərək içəri daxil oldum. Beynimdə bir sual vardı, Osmanlı iqtisadiyyatı çökərkən niyə burada dünyanın ən lüks bank binası tikildi?

Dərdin batmanla gəlməsi...

Hə, XIX əsrin sonlarına doğru Osmanlı İmperiyası tarixinin ən çətin iqtisadi dövründən keçirdi. Xəzinə boşalmış, dövlət borclar almağa başlamış, ticarət gəlirləri azalmış, kağız pul sistemi etibarını itirmişdi. Hətta o boyda imperatorluğun iqtisadiyyatı demək olar ki, tamamilə Qalata bankerlərindən asılı vəziyyətə düşmüşdü. Ard-arda baş verən müharibə və münaqişələr ticarətdə geriləmələr yaradaraq imperiyanın maliyyə ehtiyatını boş çuvala çevirmişdi.

Dövlət gəlirlərinin böyük hissəsi xarici borcların faizinə gedirdi.

O dönəmin kağız pul vahidi olan kaimə o qədər dəyər itirmişdi ki, bazarda heç kim onu qəbul etmirdi. Qalata sərrafları dövlətə borc verib "xərclərini" diktə edirdi.

Tam mənada modern bank sistemi yox idi. Osmanlı da görürdü ki, özlərinin bankını qura bilmədikcə içəridən heç kim onlara pul verə verməyəcək. Ona görə də, dövlət bu məsələni Avropaya həvalə etdi. Beləliklə, İstanbulun mərkəzində, Karaköyün qəlbində Avropanın ən möhtəşəm binalarından biri inşa edildi. Bu, mərmər pilləkənləri və divarları, dəmir nəhəng seyfləri, fransız neorenessans fasadı, Avropa üslubunda salonları, yüksək tavanlı dəhlizləri olan ilk bank binası idi. Az qalsın ki, hər küncü Avropa kapitalının gücünü nümayiş etdirirdi.

Üstü bəzək, içi təzək...

Bina İstanbulda gördüyüm ən möhtəşəm abidələrdən biridir. Dəbdəbəsi, memarlığı, fasadındakı gözqamaşdırıcı işləmələri insanın ağlını başından alacaq qədər iddialıdır. Təbii ki, böhran dönəmində belə təmtərağın ərsəyə gətirilməsinin arxasında böyük mesaj vardı. Sanki Avropa binanın hər daşında demək istəyirdi ki, "İmperiyanın iqtisadiyyatının talehi artıq bizim əlimizdədir".

Binanı inşa edən və maliyyələşdirənlər İngiltərə və Fransa idi. Osmanlı dövləti, binaya pul xərcləmir, sadəcə imtiyaz və torpaq verir. Bu da Osmanlının iqtisadi gücsüzlüyünün ən aydın göstəricilərindən biri idi. Yeri gəlmişkən, heç bankın idarə heyəti İstanbulda da deyildi, London və Parisdə otururdu.

Osmanlı sarayı zəiflədikcə Avropa daha çox dəbdəbə istəyirdi. Xüsusilə İngiltərə və Fransa Osmanlı torpaqlarında təsirini artırmaq üçün bu torpaqlarda maddi gücün simvoluna ehtiyac duyurdu. Ən çox da buna görə bu bina sadəcə bank sayılmırdı, həm də siyasi hegemoniyanın abidəsi hesab edilirdi.

Sual yarana bilər, Osmanlı bu hədsizliyə necə boyun əyirdi?! Çünki başqa çarəsi yox idi. Ümidsiz iqtisadiyyatın ortasında ona "xarici imic" lazım idi.

Öz aləmlərində bu cür abidələrlə Avropaya demək istəyirdilər ki, "biz modernik, iflas etmirik, hətta sizinlə eyni səviyyədəyik".

Hə, xəzinə boş idi, ölkə borc içində çabalayırdı, xalq yoxsullaşırdı, ancaq Avropa bankının binası par-par parıldayırdı. Təbii ki, bu, xəstə bədənə bahalı paltar geydirmək kimi idi: daxil çürüyürdü, çöl parıldayırdı.

Yüksəliş və çöküş yaşayan Sultanlar

Bankın qurulması, böyüməsi və dağılması ard-arda beş padşah dövrünü əhatə edir. Hər biri bankın tarixində xüsusi iz qoyub. Onlardan biri və birincisi Sultan Əbdülməciddir. Bankın qurulmasına dair ideya mərhələsi onun dönəmində başlayır. Bu dövr sözün əsl mənasında iqtisadi zəlzələ dövrü idi. Çünki 1853-56-cı illəri əhatə edən Krım müharibəsi dövlət xəzinəsini çalxalayır. İlk böyük xarici borc da elə bu illərdə alınır, büdcə kəsiri nəzarətdən çıxır və bu bankın təməli atılır.

Bank-ı Osman-i Şahanənin rəsmi elanı...

Bankın Sultan Əbdüləziz dönəmi də krizli olur. 1863-cü ildə Əbdüləziz fərman imzalayır və bank rəsmi şəkildə qurulur, adı da Bank-ı Osman-i Şahanə olur. Amma vəziyyət şəhanə olmur. Daxili borclar kəllə-çarxa çıxır, xərclər baş alıb gedir.

Ardınca Sultan II Əbdülhəmid taxta oturur və nəhayət, bankın ən güclü dövrü başlayır. Artıq nə qədər güclü demək olarsa... Dövlətin xəzinəsi praktik olaraq bankın nəzarətinə keçir, xarici borc müzakirələrində bank vasitəçiyə çevrilir. Hətta 1881-ci ildə borclar ödənmədiyi üçün Osmanlının gəlirlərinin böyük hissəsi xaricə təhvil verilir. Əbdülhəmidin sultanlıq dönəmi bankın "imperiya içində imperiya" olduğu dövrdür. Məsələn, padşah bankdan həm istifadə edirdi, həm də qorxurdu. Çünki bilirdi ki, borclar Avropanın əlindədir, bank da Avropanın təzyiq alətidir. Əbdülhəmid buranı "gizli dövlət" adlandırırdı, bu ifadə və Sultanın fikirləri saray arxivində mövcuddur.

Sultan V Mehmed Rəşadın dövründə bankın çətin illəri yenidən başlayır. Çünki ölkə və dünya Trablusqarp müharibəsi, Balkan savaşları, I Dünya müharibəsi ilə çalxalanırdı. Məhz bu dönəmdə Osmanlı Bankı imperiyanın deyil, İngiltərə və Fransanın birbaşa maliyyə alətinə çevrilmişdi. Sultan VI Mehmed Vahidəddinin hakimiyyətə gəlməsi ilə həqiqi çaxılma başladı, İstanbul işğal edildi, fransız və ingilis ordusu şəhərə doluşdu, ancaq bank hələ də ayaqda idi. Bank, imperatorluğun çöküşünü sakitcə izləyirdi, çünki o, Osmanlının deyildi, onu idarə edən dövlətlərin bankı idi. Hətta işğal illərində binanın bəzi otaqları işğal qüvvələri üçün müvəqqəti ofis kimi də istifadə olunurdu. Təsəvvür edirsiniz, sizin paytaxtınızda başqa ölkənin binası tikilir və orada sizi çükdürmək üçün planlar qurulur, siz isə sadəcə seyr etməklə kifayətlənmək məcburiyyətində qalırsınız.

Absurdluğun zirvəsi

Bankın ən məşhur və ən dramatik hekayəsi 1896-cı ildə baş verir. Altı erməni bombalar, dinamitlər və silahlarla Osmanlı Bankını ələ keçirirlər. Məqsədləri II Əbdülhəmidə ultimatum vermək idi. İşə bax, gəmidə oturub gəmiçi ilə dalaşırlar. Tipik erməni xisləti, yad mənzərə deyil.

Binada 24 saatlıq kabus yaşanır, işçiləri əsir götürürlər, seyflərə girib bankı partlatmaqla hədələyirlər. Ən qəribəsi isə bankın ingilis direktoru Sir Edqar Vincent və digər fransız direktor gizli şəkildə basqınçılarla danışıqlara başlayırlar, çünki bank onların kapitalı idi.

Bu sövdələşmənin nəticəsi isə ağılasığmaz olur. İngilis gəmisi Karaköy limanına yaxınlaşır, terrorçular bankın binasından gizlincə çıxarılır və birbaşa Fransaya qaçırılırlar. Yəni Osmanlı torpaqlarındakı cinayətkarlar, Osmanlı qanunu ilə deyil, Avropa bankı tərəfindən "təhlükəsizliyə" alınaraq xilas edilir. Bu hadisə o vaxt Osmanlı xalqında böyük şok yaratmışdı.

Gizli tunel?

Bank o qədər görkəmli, gözəgəlimlidir ki, haqqındakı dedi-qodular, uydurmalar bitib tükənmək bilmir. O əfsanələrdən biri də tunel məsələsidir. Guya bankın altından Galata limanına gizli tunel gedir. İngilislər qızılları və digər qiymətli əşyaları oradan gizlincə çıxarıb aparırlar. Arxiv bunu təsdiq etmir, amma o qədər adam bu hekayəni danışıb ki, xalq arasında bank "İngilislərin məxfi mərkəzi" kimi bilinir.

Qadınlar və gizli görüşlər

Osmanlıdakı ilk sistemli qadın işçi qəbulu bu bankda başladı. İngilis-fransız idarəsi iddia edirdi ki, mühasibat, yazışma və arxiv işlərində qadınlar daha dəqiqdir. Osmanlı qadını üçün bu, büyük dönüş nöqtəsi sayılırdı.

İlk modern hesablama sistemi, ilk qalıcı teleqraf xətti, ilk telefon kabineti Bank-ı Osman-i Şahanə içərisində quruldu. Çünki bankın arxasında Avropa kapitalı var idi, ona görə də, modern texnologiya birinci ora gəlirdi.

Eyni zamanda arxivlərdəki qeydlərdə yazılır ki, İstanbulda yaşayan, ingilis diplomatları, fransız konsulları, Avropa maliyyəçiləri, bankın xüsusi toplantı otağında mütəmadi görüşlər keçirirdilər.

Yəni bina sadəcə bank deyildi, İstanbulda Avropanın diplomatik qərargahı kimi işləyirdi. Sarayın bundan xəbəri vardı, amma müdaxilə edə bilmirdi.

İstanbulda Avropa nəfəsi: Aleksandr Vallaury

İstanbulun memarlıq tarixində elə adlar var ki, şəhərin taleyini daşla, mərmərlə, kərpiclə yazıblar. Onlardan biri, bəlkə də ən mühümü İstanbulda fransız-levanten ailəsində doğulan Alexandre Vallaurydir. O, Avropanın akademik memarlıq ənənəsini Osmanlının çoxqatlı mədəniyyətinə daşıyan, şəhəri təkcə binalarla deyil, yeni bir estetik anlayışla dəyişdirən memardır.

Uşaqlığı Pera-Galata mühitinin çoxmillətli, kosmopolit atmosferində keçdi. Ailəsi kökü Fransadan olan levantanlardan  idi. Bu da onun İstanbul ilə Avropa arası körpülərindən biri sayılırdı. Həmçinin onun formalaşmasına, memarlığa olan marağına və Avropa üslubuna yaxınlığının ilk səbəbi idi. Gənclik illərində Fransaya gedərək Parisdəki "Ecole des Beaux-Arts" kimi dövrün ən nüfuzlu memarlıq məktəbində təhsil alır. Parisin akademik memarlıq üslubu, neoklassik, neorenessans və dekorativ zənginlik onun gələcək yaradıcılığının təməl daşına çevrilir.

Təhsilini başa vurduqdan sonra Vallaury yenidən doğulduğu şəhərə, İstanbula qayıdır. 1878-ci ildən etibarən o, Pera və Galata bölgəsində memarlığa başlayır və qısa zamanda həm Osmanlı hökumətinin, həm Qərb diplomatik dairələrinin, həm də Avropa banklarının etibarını qazanır. Bu etibar ona dövlət memarlığı, saray layihələri və iri investisiya strukturlarında aparıcı mövqe gətirir.

Onun ən məşhur əsərlərindən biri, bəlkə də ən parlaq imzası, bu gün SALT Qalata adı ilə tanıdığımız Osmanlı Bankı Baş İdarə binasıdır. Vallaury bu binanı sadəcə bir bank kimi deyil, İstanbulun Avropa maliyyəsinə açılan qapısı kimi inşa edir. Mərmər pilləkənləri, fransız neorenessans fasadı, monumental girişləri və nəhəng seyfləri ilə bina həm Avropa kapitalının gücünü, həm də XIX əsr İstanbulunun modernləşmə arzusunu simvolizə etir. Osmanlı Bankı təkcə maliyyə qurumu deyil, imperiyanın iqtisadi taleyini əllərində tutan iki güc, İngiltərə və Fransanın memarlıqda təcəssümü idi və Vallaury bu təcəssümün memarı seçilmişdi. Bundan başqa, bir çox möhtəşəm binaların altında imzası var.

Təbii ki, belə bir memarın maarifçilik tərəfi də unudulmamalıdır. Vallaury uzun illər Mühəndishane-i Berrı-i Hümayunda memarlıq dərsi keçmiş, şəhərin gələcək memar nəslini yetişdirmişdi. Adını tarixə daşla yazan Vallaury 1921-ci ildə bütün yaradıcılığını həsr etdiyi şəhərdə ölür. Amma bu gün və bu şəhər durduqca gəzdiyimiz küçələr, yanından keçdiyimiz banklar, muzeylər, saraylar və otellər onun adını yaşatmağa davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see418

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see338

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see272

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see268

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see266

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see259

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see252

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see250

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see246

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see243

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see242

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see235

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see229

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see229

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see217

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see212

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see209

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see208

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see199

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri