Icma.az
close
up
RU
COP30 çərçivəsində “KOB ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Belem statusu” mövzusunda müzakirə aparılıb

COP30 çərçivəsində “KOB ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Belem statusu” mövzusunda müzakirə aparılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası – COP30 çərçivəsində “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası: Belem statusu” mövzusunda panel müzakirə təşkil olunub.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müzakirənin əsas məqsədi 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən irəli sürülmüş və bu sahədə ilk qlobal təşəbbüs olan “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin beynəlxalq arenada təbliği və tərəfdaşlarının coğrafiyasının genişləndirilməsi, eləcə də sözügedən Bəyannamənin icrası ilə bağlı növbəti addımların müzakirəsidir.

Qeyd edək ki, Bəyannaməyə qoşulan tərəfdaşların sayı artmaqdadır. Artıq 20-dən çox yerli və xarici ölkələrin qurumları, beynəlxalq təşkilat və sahibkarlar şəbəkəsi müvafiq bəyannaməyə qoşulub və dəstəyini ifadə edib. Bəyannamə Azərbaycanın yaşıl keçid üçün qlobal liderliyini və qlobal iqlim dəyişikliyi ilə mübarizə prosesində ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Sözügedən bəyannamənin təşviqi və tərəfdaşlarının məlumatlandırılması məqsədilə xüsusi internet səhifəsi də (www.greensme.org) yaradılıb.

Azərbaycan pavilyonunda KOBİA-nın təşkilatçılığı ilə keçirilən panel müzakirədə rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və iş adamları iştirak ediblər.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyevin moderatorluğu ilə keçirilən panel müzakirədə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Nümayəndəsi, COP29-un iqlim üzrə çempionu Nigar Arpadarai, SEBRAE-nın müşaviri Qustavo De Lima Cezario, “PAŞA Bank” ASC-nin icraçı direktorunun müavini Bəhruz Nağıyev, Beynəlxalq Ticarət Mərkəzinin Latın Amerikası və Karib hövzəsi üzrə ofisinin rəhbəri Matias Urrutigoity və Asiya İnkişaf Bankının İqlim Dəyişikliyi üzrə baş mütəxəssisi Esmyra Javier çıxış ediblər. Çıxışlarda KOB-ların yaşıl keçid prosesində üzləşdiyi çətinliklər, beynəlxalq təşkilatların mövcud dəstək mexanizmləri və təcrübələri barədə məlumat verilib. Həmçinin “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin mövcud statusuna dair məlumat diqqətə çatdırılıb, onun təbliği istiqamətində görülmüş işlərin videoicmalı təqdim edilib.

Panel müzakirədə Bakı İqlim Bəyannaməsinin icrası üzrə Yol Xəritəsi çərçivəsində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. İştirakçılar Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş Bakı İqlim Bəyannaməsinin KOB-ların yaşıl keçidi baxımından əhəmiyyətli platformalardan olduğunu qeyd ediblər.

Qeyd edək ki, KOBİA nümayəndələri COP30 çərçivəsində keçirilən tədbir və təqdimatlarda aktiv iştirak edir, KOB-ların qlobal iqlim prosesinə verə biləcəyi töhfə, yaşıl keçidin sürətləndirilməsində KOB-ların rolu məsələlərinə dair müzakirələrdə iştirak edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri