Icma.az
close
up
RU
“Azad Rəhimovun oğlu gəlib hakim qarşısında cavab versin!”

“Azad Rəhimovun oğlu gəlib hakim qarşısında cavab versin!”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası əməliyyat şirkətinin sabiq şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev işdə adı keçən bəzi şəxslərin dindirilməsini istəyib.

Onlardan birincisi isə mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur. A.Rəhimov cinayət baş verən dövrdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin rəhbəri işləyib. Amma bu işin istintaqı zamanı onun barəsində cinayət işi başlanmasından imtina edilib.

Müttəhim hesab edir ki, Arif Rəhimovun onun gördüyü işlərin hamısından xəbəri var. Xaricdə yerləşən şirkətlərin ona aid olub-olmamasından məlumatlıdır. Onun vəkili bu məsələ ilə bağlı əsaslar sadalayaraq vəsatət qaldırıb. 

“Arif Rəhimov şirkətin rəhbəri olub. “Formula 1” elə-belə yarış deyil. Yarışın təşkili üçün 150 milyon pul ayrılır.  Belə olan halda rəhbər kimi dövlətin hər qəpiyinin xərclənməsinə nəzarət etməli idi. Gəlsin hakim qarşısında cavab versin”, - Çingiz Mehdiyevin vəkili Araz Hüseynli  deyib.

Prokuror Orxan Səmədov vəsatətin təmin edilməsinə etiraz etməyib: “Hesab edirəm ki, sözügedən şəxsin fəaliyyəti ilə bağlı nə isə qanunsuzluq olsaydı, istintaq vaxtı buna qiymət verilərdi. Amma sırf münasibətlərin aydınlaşdırılması üçün Arif Rəhimovun əlavə şahid kimi dindirilməsinə narazı deyilik”.

Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər vəsatəti hələ ki baxılmamış saxlayıb. Qarşıdakı iclaslarda bununla bağlı qərar veriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təchizatçısı Zaur Məlikaslanov, Çingiz Mehdiyevin müavini olmuş və hazırda Amerikada yaşayan Urfan Tağızadə bu iş üzrə şahid qismində tanınsalar da, məhkəməyə gəlmirlər. Onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Qərarın icrası polisə həvalə edilib.

Daha sonra müdafiə tərəfi əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmədən xahiş edib. Vəsatətdə deyilir ki, 2015-2020-ci illərdə  Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Amma həmin hesabat təqsirləndirilən şəxsə verilmir. 

Vəkil məhkəmədən həmin hesabatın onlara  təqdim olunmasında köməklik göstərilməsini istəyib. Hakim bu məsələyə də növbəti proseslərdə baxılacağını deyib.

Prosesin davamında sənədlərin tədqiqi başlayıb, təqsirləndirilən şəxs müxtəlif epizodlar üzrə sorğu-sual edilib.

Prokuror ondan Amerikaya köçdükdən sonra nəyə görə adını dəyişdiyini soruşub. Ç.Mehdiyev 2006-cı ildə şəxsi səbəbdən adını dəyişdiyini, bu işə aidiyyatı olmadığını deyib. 

Növbəti iclas 16 dekabra təyin edilib.

Qeyd edək ki, Çingiz Mehdiyev “Formula 1” oyunlarının təşkilinə ayrılmış 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. 

Mehdiyev həbsdə deyil. Onun haqqında məhkəmənin sonuna kimi “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri