Icma.az
close
up
RU
Azad Rəhimovun oğlu məhkəməyə gəlsin Tələb

Azad Rəhimovun oğlu məhkəməyə gəlsin Tələb

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin məhkəmə prosesinin növbəti iclası keçirilib.

Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Araz Hüseynli vəsatət qaldırdıqları şahidlər - Bakı Şəhər Halqası Şirkətinin Təchizat Şöbəsinin müdiri Zaur Məlikaslanov və Çingiz Mehdiyevin müavini olan Urfan Tağızadənin dindirilməsini istəyib.

Vəkil əlavə edib ki, Bakı Şəhər Əməliyyat Halqasının sabiq rəhbəri, keçmiş gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun da şahid qismində dindirilsin.

Dövlət ittihamçısı Orxan Səmədov əgər zərurət varsa, Arif Rəhimovun şahid qismində dindirilməsinə etiraz etməyib.

Məhkəmə müşavirəsi əsasında vəsatətlərin baxılmamış saxlanılmasına qərar verilib.

Hakim şahid qismində dəvət olunan Urfan Tağızadənin xaricdə olduğunu bildirərək gətirilməsinin mümkün olmadığını bildirib. Digər şahidin isə ifadəsinin elan olunmasını təklif edib.

Vəkil Araz Hüseynli isə Zaur Məlikaslanovun məcburi gətirilməsini istəyib. Vəkilin vəsatəti bu hissədə qəbul edilib.

Daha sonra sənədlərin tədqiqi prosesinə başlanılıb.

Məlum olub ki, Arif Rəhimov və Fərid Allahverdiyev barəsində cinayət işinin başlanılmasına dair qərar ibtidai istintaq dövründə rədd edilib.

Daha sonra məhkəmə Formula-1-ə xidmət göstərməsi üçün kran və digər maşınları gətirən şirkətlərin VÖEN hesabları olmamısının və onlara ayrılan vəsatətin Çingiz Mehdiyevin sürücüsü Mais Abdullayevin hesabına köçürülməsinin səbəbini izah etməsini istəyib.

Sədr əlavə edib ki, ibtidai istintaq materiallarına əsasən həmin pullar Çingiz Mehdiyevin evinə aparılıb.

Vəkil prosesin tezləşdirilməsi üçün vəsaitin hüquqi şəxsin hesabına köçürüldüyünü söyləyib. Müxtəlif şirkətlərlə müqavilə bağlanılmasının və vəsatət köçürülməsinin zaman aparacağını bildirib.

O əlavə edib ki, Formula-1 yarışına hər il 150 milyon manat pul ayrılır. Çingiz Mehdiyevin şöbəsinə ayrılan vəsait isə bunun 0,6 faizini təşkil edir.

Bildirilib ki, həmin dövrdə Çingiz Mehdiyev məbləğin bir qismini Estoniyadakı hesablarına köçürüb. Bank köçürülmüş məbləği şübhəli hesab edib köçürülməyi dayandırdıqdan sonra o, qalan pulu Kiprdəki hesabına köçürüb.

Vəkil Araz Hüseynli əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmənin nəzərinə çatdırdı. Belə ki, 2015-2020-ci illərdə Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Vəkil həmin hesabatın onlara təqdim olunmasını istədi. Hakim Leyla Əsgərova-Məmmədova vəkilin verdiyi vəsatətin növbəti proseslərdə baxılacağını bildirdi.

Məhkəmə prosesi dekabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, Çingiz Mehdiyev Formula-1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsəyib.

Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Noyabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri