Icma.az
close
up
RU
Azad torpaqlar “ölüm tələləri”indən də xilas edilir

Azad torpaqlar “ölüm tələləri”indən də xilas edilir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Minatəmizləmə işləri həm də bu məqsədə xidmət edir

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma prosesinin ən vacib mərhələlərindən biri humanitar minatəmizləmə fəaliyyətləridir. Uzun illər davam edən işğal dövründə bu ərazilər geniş şəkildə minalanıb, nəticədə mülki əhali üçün ciddi təhlükə yaranıb. Mina və partlamamış hərbi sursatlar Böyük Qayıdışı ləngitməklə yanaşı, insanların həyatına, sağlamlığına, eləcə də bölgənin sosial- iqtisadi inkişafına ciddi maneələr törədir.

Bu sahədə beynəlxalq təşkilatlarla, xüsusilə BMT ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva arasında keçirilən görüşdə bu məsələ geniş müzakirə olunub. Tərəflər, həmçinin 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivə Sənədi ətrafında fikir mübadiləsi aparıblar.

V.Süleymanov humanitar minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa görə BMT rəsmisinə təşəkkür edib, V.Andreyeva isə ANAMA ilə BMT arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

Haşiyə: BMT-nin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalardan təmizlənməsinə dəstək məqsədilə ayırdığı maliyyə məbləği ilə bağlı son məlumat 2023-cü ilə aiddir: 2023-cü ildə BMT minalardan təmizləmə fəaliyyətlərinə texniki və maliyyə resursları daxil olmaqla dəstək göstərib və bu çərçivədə ümumi büdcəsi təqribən 21.8 milyon ABŞ dolları olan proqram həyata keçirilib. Əvvəlki illərdə BMT-nin Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün təxminən 11 milyon dollar məbləğində vəsait ayırdığı bildirilmişdi; bu məbləğ əsasən BMT-nin müxtəlif agentlikləri vasitəsilə maliyyə dəstəyi vəsaiti kimi səfərbər olunub.

BMT ilə yanaşı, Avropa İttifaqı 2024–2025-ci illərdə ümumilikdə təxminən 23 milyon avro vəsaiti minatəmizləmə dəstəyi kimi ayırıb və bunun bir hissəsi kimi BMT-nin UNDP partnerləri vasitəsilə həyata keçirilir.

Rəsmi məlumatlara görə, işğal dövründə Azərbaycanın 12 faizdən çox ərazisi minalanıb. Torpaqlarımızda 1,5 milyon minanın basdırılması Azərbaycanı dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasına daxil edib. İşğaldan azad edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olması güman edilir. Bunun da 211 min 800 hektarı yüksək, 954 min 902 hektarı isə orta və aşağı çirklənmə səviyyəsindədir. Aparılan tədqiqatlar zamanı keçmiş təmas xəttinin və onun ətrafında yerləşən bağların, meşələrin, üzüm plantasiyalarının, dağıdılmış yaşayış məntəqələrinin, çay sahillərinin minalarla ciddi şəkildə çirkləndiyi aşkar edilib. Minalara, həmçinin kənd təsərrüfatına yararlı torpaqlarda və ətraflarında, otlaqlarda, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində (kəhrizlərdə) rast gəlinir. Hətta bəzi yaşayış məntəqələrinin qəbiristanlıqları da minalanıb.

Bunun nəticəsidir ki, müharibədən sonrakı dövrdə 405-dən çox vətəndaş mina partlayışları nəticəsində həlak olub və ya xəsarət alıb. Sonuncu hadisə dekabrın 17-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində baş verib. Sarıcalı kənd sakini, 1982-ci il təvəllüdlü Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Bundan əvvəl isə Bərdə rayon sakini Əliyev Natiq Namiq oğlu Sırxavənd kəndi ərazisində minaya düşüb.

Minalar eyni zamanda, iqtisadi bərpa proseslərini də əngəlləyir. Torpaqların minalanması kənd təsərrüfatı fəaliyyətlərinə, infrastruktur layihələrinə və investisiyalara mane olur. İnsanların doğma torpaqlarına təhlükəsiz şəkildə qayıda bilməməsi həm sosial, həm də iqtisadi resursların tam istifadəsini əngəlləyir. Beləliklə, minatəmizləmə yalnız təhlükəsizlik tədbiri deyil, həm də insan resurslarının qorunması və dayanıqlı inkişaf üçün vacib şərtdir.

Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmuş ərazilərində Azərbaycanın Minatəmizləmə Agentliyi intensiv fəaliyyət göstərir və son illərin statistikası bu sahədə əhəmiyyətli irəliləyişin olduğunu göstərir. 2021–2025-ci illər ərzində azad olunmuş torpaqlarda 237 min hektardan çox ərazi (2024-cü ildə 62 min 23 hektar) minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Bu müddətdə 40 mindən çox piyada əleyhinə mina (4 min 286), 24 min tank əleyhinə mina (2 min 372) və 150 min partlamamış hərbi sursat (59 min 163) aşkarlanaraq zərərsizləşdirilib. Bu statistika minatəmizləmə əməliyyatlarının nə qədər geniş və mürəkkəb olduğunu ortaya qoyur. 2025-ci ilin birinci rübündə təxminən 11 min hektar ərazi minalardan təmizlənib və 13 min 956 mina və partlamamış sursat aşkarlanaraq zərərsizləşdirilib. Burada 1 min 141 piyada əleyhinə, 485 tank əleyhinə mina və 12 min 330 partlamamış hərbi sursat yer alıb. ANAMA-nın aylıq hesabatları da əməliyyatların davamlılığını göstərir. Məsələn, 2025-ci ilin noyabr ayında aparılan əməliyyatlar nəticəsində 6 min 433 hektar ərazi minalardan təmizlənib və 208 tank əleyhinə mina, 575 piyada əleyhinə mina və 6 min 510 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun şöbə müdiriı İsmayıl Quliyev XQ-yə bildirdi ki, bu göstəricilər sadəcə statistik rəqəmlər deyil, həm də regionların təhlükəsizliyinin bərpasına, insanların kənd təsərrüfatı fəaliyyəti və iqtisadi həyatda daha aktiv iştirakına şərait yaradır: “Təmizlənmiş ərazilər kənd təsərrüfatına açılır, əhalinin məşğulluğu artır, daxili iqtisadi dövriyyə canlanır və sosial rifah yüksəlir. İnsanlar doğma torpaqlarına təhlükəsiz qayıdaraq psixoloji və sosial sabitlik qazanırlar.

Mina təhlükəsi ekosistemə də ciddi təsir göstərir. Uzun müddət istifadəsiz qalan torpaqlar flora və faunanın balansını pozur, bioloji müxtəlifliyi azaldır və su resurslarına metal qalıqları ilə risk yaradır. Təbiət və qorunan zonalar minalarla çirkləndiyi üçün ekoturizm və təbii sərvətlərin bərpası əngəllənir. Buna görə minatəmizləmə ekologiyanın bərpası və davamlı turizm imkanlarının açılması baxımından da strateji əhəmiyyət daşıyır”.

Beləliklə, minatəmizləmə yalnız təhlükəsizlik tədbiri deyil, həm də sosial rifahın təmin olunması, iqtisadi bərpa, insan resurslarının qorunması və ətraf mühitin mühafizəsi baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanda bu istiqamətdə aparılan sistemli işlər postmünaqişə dövründə dayanıqlı inkişafın, sosial-iqtisadi canlanmanın və sabitliyin təmin olunmasına möhkəm baza yaradır.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri