Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Mina təhlükəsi və “ölüm tələləri” ilə savaş

Mina təhlükəsi və “ölüm tələləri” ilə savaş

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Müharibələr bir gün başa çatır, atəş səsləri kəsilir, cəbhə xətləri tarixə çevrilir. Amma torpağın altında gizlədilən ölüm uzun illər susmur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş verən hər mina partlayışı bir həqiqəti yenidən xatırladır: müharibənin dağıdıcı nəticələri silahlar susduqdan sonra da insan həyatına təhdidi davam etdirir.

Ağdərə rayonunun Çardaqlı kəndində baş verən son mina hadisəsi bunun növbəti acı sübutudur. Humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunmuş iki əməkdaş xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində xəsarət alıb. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, qeyri-hökumət təşkilatının əməkdaşı Surxaylı Əlzamin piyadaəleyhinə minanın partlaması nəticəsində sağ ayağından xəsarət alıb, Füzuli Mirzəyev isə yüngül bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Bu hadisə göstərir ki, mina təhlükəsi keçmişdə qalmayıb. Əksinə, hər gün insanların həyatını risk altında saxlayır. Ən ağır məqam isə odur ki, cəmiyyətin təhlükəsizliyi naminə çalışan minaaxtaranlar belə bu ölüm tələlərinin hədəfinə çevrilirlər. Deməli, söhbət təkcə təhlükəsizlikdən deyil, uzun illər davam edəcək humanitar problemdən gedir. Buna görə də minatəmizləmə işlərinin sürətləndirilməsi həyati əhəmiyyət daşıyır. Statistika da problemin miqyasını bütün çılpaqlığı ilə göstərir. 2020-ci ilin noyabrından bəri Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 433 nəfər zərər çəkib. Onlardan 73-ü həlak olub, 360 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər arasında hərbçilərlə yanaşı, mülki şəxslər, jurnalistlər, dövlət qulluqçuları, fermerlər, uşaqlar və yaşlılar da var. Mina fərq qoymur. Ancaq bu rəqəmlər statistikadan daha artıq məna daşıyır. Onların hər biri yarımçıq qalan bir ömür, faciə yaşayan bir ailə, dəyişən bir insan taleyidir.

***

Bu mübarizənin əsas yükünü Azərbaycan Minatəmizləmə Agentliyi daşıyır. Son 6 ildə işğaldan azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə mina təhlükəsindən təmizlənib, 255 mindən artıq mina və digər partlayıcı sursat zərərsizləşdirilib. Təkcə 20–26 iyul tarixlərində 173 piyadaəleyhinə mina, 39 tankəleyhinə mina və 753 partlamamış hərbi sursat aşkar edilib. Bu rəqəmlər bir tərəfdən görülən işin miqyasını göstərirsə, digər tərəfdən təhlükənin hələ də nə qədər böyük olduğunu ortaya qoyur. Çünki mina problemi təkcə torpağın təmizlənməsi ilə bitmir. O, insanların təhlükəsizliyinə, iqtisadi fəaliyyətə, ətraf mühitə, Böyük Qayıdış Proqramına, hətta münaqişə zamanı itkin düşmüş şəxslərin axtarışına da birbaşa təsir göstərir. Bəs problem nədədir?

Problemi daha da çətinləşdirən amillərdən biri mina xəritələrinin natamam olmasıdır. Rəsmi məlumatlara görə, Azərbaycana təqdim olunan xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Son mina partlayışlarının böyük hissəsi də həmin xəritələrdə göstərilməyən ərazilərdə baş verib. Xəritələrdə, təxminən, 400 min mina qeyd olunsa da, işğaldan azad edilmiş ərazilərdə 1,5 milyondan çox mina və partlamamış hərbi sursatın olduğu bildirilir. Bu isə hər yanlış koordinatın insan həyatı bahasına başa gələ biləcəyini göstərir.

***

Azərbaycan bu təhlükə ilə əsasən öz imkanları hesabına mübarizə aparır. Beynəlxalq tərəfdaşların dəstəyi olsa da, mövcud yardım problemin miqyası ilə müqayisədə kifayət deyil. Elə buna görə də rəsmi Bakı mina məsələsini beynəlxalq platformalarda ardıcıl şəkildə qaldırır. Çünki mina təhlükəsi artıq Azərbaycanın deyil, insan həyatına, təhlükəsizliyə və davamlı sülhə təsir edən qlobal humanitar problemdir.

Xarici işlər naziri Ceyhun Bayramov da bu məsələyə diqqət çəkərək bildirib ki, minatəmizləmə işlərinin əsas yükünü Azərbaycan öz resursları hesabına həyata keçirir, beynəlxalq dəstək isə mövcud ehtiyacları tam qarşılamır. Onun sözlərinə görə, ATƏT-in bu sahədə daha fəal rol alması, humanitar layihələrə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə daha güclü dəstək verməsi vacibdir. Bu barədə Xarici İşlər Nazirliyi “X” səhifəsində bildirib: “Bu faciə (Çardaqlı) minaların insan həyatı üçün yaratdığı davamlı təhlükəni və günahsız insanların hər gün üzləşdiyi riskləri bir daha nümayiş etdirir. Minalardan təmizləmə işlərinin sürətləndirilməsi üçün beynəlxalq ictimaiyyətin daha güclü dəstəyinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin əsas şərtlərindən biridir”.

Bu çağırış yalnız Azərbaycana yardım göstərilməsi tələbi deyil. Bu, beynəlxalq təşkilatların insan həyatının qorunması və humanitar dəyərlərin müdafiəsi istiqamətində üzərinə düşən məsuliyyətə verilən mesajdır. Çünki mina təhlükəsi sərhəd tanımayan, nəticələri illərlə davam edən problemdir.

Azərbaycan Prezidenti İlham Əliyevin açıqladığı faktlar da bu təhlükənin hələ də davam etdiyini göstərir. Prezidentin bildirdiyinə görə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərində Ermənistanda 2021-ci ildə istehsal olunmuş minalar aşkar edilib. Bu fakt göstərir ki, müharibənin başa çatması mina təhlükəsinin avtomatik aradan qalxması demək deyil.

Bütün bunların fonunda beynəlxalq ictimaiyyətin mövqeyi xüsusi əhəmiyyət daşıyır. İnsan hüquqlarını və humanitar dəyərləri müdafiə edən qurumların mina təhlükəsi kimi ağır nəticələr doğuran problemə münasibətdə daha fəal mövqe göstərməsi vacibdir. Çünki sülh yalnız atəşin kəsilməsi ilə ölçülmür. Əsl sülh insanların öz evlərinə təhlükəsiz qayıtdığı, uşaqların qorxmadan məktəbə getdiyi, fermerlərin torpaqlarını rahat becərdiyi, qurucuların isə həyatlarını riskə atmadan çalışdığı zaman bərqərar olur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gələcəyin qarşısındakı əsas maneələrdən biri məhz mina təhlükəsidir.

Bu təhlükənin aradan qaldırılması isə yalnız Azərbaycanın deyil, insan həyatını ali dəyər hesab edən bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. Bu məsuliyyət sükutla deyil, həmrəylik, konkret qərarlar və real addımlarla öz təsdiqini tapmalıdır.

Umud MİRZƏYEV,
ANAMA yanında İctimai Şuranın sədri

Ağdərə rayonunun Çardaqlı kəndində baş vermiş mina partlayışı nəticəsində iki nəfərin xəsarət alması bir daha göstərdi ki, Azərbaycan hələ də dünyanın mina təhlükəsi ilə üz-üzə qalan ölkələrindən biridir. Belə hadisələr təsadüfi deyil, onlar uzun illər geniş şəkildə minalarla çirkləndirilmiş ərazilərdə ağır humanitar vəziyyətin davam etdiyini göstərir. Bəli, mina təhlükəsi yalnız statistik göstərici deyil. Bu, insanların həyatına təhlükə yaradan, məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışını ləngidən, bərpa prosesini çətinləşdirən ciddi humanitar problemdir.

Bu gün Azərbaycan mina ilə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində böyük resurslar səfərbər edib. ANAMA-nın və minatəmizləmə əməliyyatlarında iştirak edən bütün qurumların əməkdaşları son dərəcə mürəkkəb və təhlükəli şəraitdə fəaliyyət göstərərək öz həyatlarını risk altına qoyurlar. Onların fəaliyyəti ölkənin təhlükəsizliyi, insanların doğma yurdlarına qayıdışı və azad olunmuş ərazilərin yenidən qurulması üçün müstəsna əhəmiyyət daşıyır.

İşlər mina ilə daha sıx çirklənmiş və mürəkkəb relyefə malik ərazilərdə davam etdikcə risk səviyyəsi də artır. Buna görə də baş verən hər bir mina hadisəsi cəmiyyət üçün ciddi xəbərdarlıqdır. Vətəndaşlar təhlükəli ərazilərə daxil olmamalı, təhlükəsizlik qaydalarına ciddi əməl etməli və yalnız rəsmi qurumların icazə verdiyi ərazilərdən istifadə məsuliyyətini dərk etməlidirlər.

Azərbaycan bu yükün əsas hissəsini öz imkanları hesabına daşısa da, problemin miqyası beynəlxalq həmrəyliyin, maliyyə və texniki dəstəyin daha da gücləndirilməsini zəruri edir. Minalardan təmizlənən hər hektar torpaq yalnız təhlükəsizlik deyil, insanların öz doğma yurdlarına qayıdışı, iqtisadi fəaliyyətin bərpası və dayanıqlı sülhün möhkəmlənməsi deməkdir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see700

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see295

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see278

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see274

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see269

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see262

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see262

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see261

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see254

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see244

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see240

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see239

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see235

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see235

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see227

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see226

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see213

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see189

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri