Icma.az
close
up
RU
Azadlığa addım atan qadınlar sahibkarlığa hazırlanır

Azadlığa addım atan qadınlar sahibkarlığa hazırlanır

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Cəzaçəkmiş Qadınlarının Cəmiyyətə Qayıdışı” İctimai Birliyi tərəfindən həyata keçirilən "Cəzaçəkmə müəssisələrində kütləvi mədəni tədbirlərin təşkili” qrant layihəsi çərçivəsində təlim proqramları uğurla davam etdirilir.

Layihənin əsas məqsədi həbsdən azad olunan qadınların yenidən cəmiyyətə uğurlu inteqrasiyasına nail olmaq, onların sosial-iqtisadi müstəqilliyini təmin etmək və həyatlarını yenidən qurmaq üçün zəruri bilik və bacarıqlar qazandırmaqdır. İctimai Birliyin təşkilatçılığı ilə keçirilən seminarlar sahibkar olmağı hədəfləyən qadınlara nəzəri və praktiki nümunələr əsasında biznes qurmaq və idarəetmə üzrə dərin bilgilər təqdim edir.

Artıq bir neçə gündür ki, qadınlara sahibkarlıq mövzusunda intensiv dərslər keçirilir. Layihənin növbəti təlim sessiyası "Biznesin davamlılığı” mövzusuna həsr olunub. Təlimçi Rəvan Cəfərli biznesin uzunömürlü olması üçün nəzərə alınmalı bütün mühüm nüanslardan bəhs edib, "Biznesin uzunömürlü olması üçün hansı addımlar atılmalıdır?” sualına ətraflı cavab verib. O, həmçinin xərclərin idarə olunması, büdcəyə nəzarət, risklərin azaldılması və investisiyaların uzunmüddətli gəlirliliyinin təmin edilməsi istiqamətində real nümunələr əsasında praktiki tövsiyələr təqdim edib.

Təlimlər yalnız sahibkarlıq bacarıqlarının formalaşdırılması ilə kifayətlənmir, eyni zamanda iştirakçıların liderlik potensialının inkişafına, özünəinamlarının möhkəmləndirilməsinə və qarşılıqlı sosial dəstək şəbəkəsinin qurulmasına mühüm töhfə verir.

"Cəzaçəkmiş Qadınlarının Cəmiyyətə Qayıdışı” İctimai Birliyi hesab edir ki, bu layihə cəmiyyətin həssas qruplarının iqtisadi və sosial baxımdan güclənməsi istiqamətində mühüm addım olmaqla yanaşı, qadınların azadlıqdan sonrakı həyatında yeni imkanlar yaradır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Avqust 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri