Icma.az
close
up
RU
Azadlığı istəmirəm qram qram...

Azadlığı istəmirəm qram qram...

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli azadlıq, bir millətin özünü idarə etmək hüququ və gücüdür. Bu o deməkdir ki, dövlət daxilində idarə etmək və qərar qəbul etmək səlahiyyəti bütünlüklə millətə məxsusdur və heç bir şəxsə, qrupa və ya sinfə həvalə edilə bilməz. Milli azadlığı iki əsas elementə bölmək olar: milli suverenlik və müstəqillik. Milli azadlıq, müstəqillik ölkənin xarici hakimiyyətin nəzarəti və ya rəhbərliyi altında olmadan özünü idarə etmək qabiliyyətidir. Vahid, bölünməz, ayrılmaz və qeyd-şərtsiz ifadə gücü kimi görünən müstəqillik dövlətin hüquqi meyarıdır.

Azadlığın ən birinci şərti insanın, dövlətin heç bir məhdudiyyətə və məcburiyyətə məruz qalmadan öz qərarlarını vermək, hərəkət etmək və istədiyi kimi düşünmək qabiliyyətidir. Bu məfhum başqalarının hüquqlarına xələl gətirməmək şərti ilə əxlaqi və hüquqi qaydalarla müəyyən edilmiş şərtdir. Necə deyərlər, bizim azadlığımız başqasının azadlığının başladığı yerdə bitir. Azadlıq həm də öz əməllərinə görə məsuliyyət daşımaq deməkdir və bu həm daxili, həm də xarici amillərlə formalaşır.

Cəmiyyətdə ən yüksək azadlığın, bərabərliyin və ədalətin davamlı olaraq bərqərar olması və qorunub saxlanması yalnız tam və mütləq milli suverenliyin bərqərar olmasından asılıdır. Ona görə də azadlığın, bərabərliyin, ədalətin təməli milli suverenlikdir. Azadlığın ilkin şərti müstəqillikdir, çünki bir insanın və ya xalqın məcburiyyət olmadan öz qərarlarını verə bilməsi üçün yad gücün nəzarətindən azad olmalıdır. Müstəqillik bu nəzarətsiz idarəçiliyə imkan verməklə azadlığın əsasını təmin edir.

Suverenlik dövlətin öz ərazisi və xalqı üzərində ali, qeyri-məhdud və bölünməz hakimiyyətidir. Bu səlahiyyət qanunlar qəbul etmək, qərarlar qəbul etmək və onları həyata keçirmək səlahiyyətlərini özündə cəmləşdirir və onu dövlətin daxili işlərində ali orqan edir. Eyni zamanda, suverenlik dövlətin müstəqilliyini və xarici siyasətdə öz qərarlarını qəbul etmək qabiliyyətini ifadə edir. Yəni, suverenliyin mənbəyi dövləti idarə edən şəxs və ya qrup deyil, millətin özüdür. Bu prinsip suverenliyin qeyd-şərtsiz millətə məxsus olduğunu təsdiqləyir.

Milli azadlığın və suverenliyin gözlənilən və gözlənilməyən xarici təhlükələrə qarşı qalxanı olmalıdır. Çünki bir dövlətin azadlığı, suverenliyi işğalçı siyasətinə ziddir və bu siyasəti yürüdənlər üçün həmin dövlət bariz təhlükədir. İşğal bir millətin ərazisinin başqa bir dövlət tərəfindən zorla ələ keçirilməsidir ki, biz bu vəziyyətin ən ağırını yaşadıq. Bu, həmin ərazidə yaşayan insanların azadlığının, müstəqilliyinin və suverenliyinin itirilməsi deməkdir, eyni zamanda milli kimliyə, mədəniyyətə və həyat tərzinə ciddi mənfi təsir göstərir. 30 ilə iki müharibə görmüş, 30 illik zaman kəsiyində müharibə şəraitində yaşamış, illərlə çadır şəhərciyində yaşayan, öz evindən, yurdundan didərgin düşən 1 milyondan artıq insandan soruşmaq kifayətdir ki, söyləsin, işğal nə deməkdir...

İşğal bir millətə, dövlətə siyasi, sosial, mədəni və iqtisadi sahələrdə saysız-hesabsız ziyan vurur, işğal cəmiyyəti yoxsullaşdırır, onun gəlirlərini, maddi təminatını itirməsinə səbəb olur, işğal bir dövlətin resurslarını istismar edir, münaqişə və zorakılığa gətirib çıxarır, ölkəni beynəlxalq səviyyədə təcrid edir. İşğal edilmiş bir xalq yurd-yuvalarından didərgin düşür, insan və mal itkisinə məruz qalır, işğala məruz qalan ərazidəki insanlar ən fundamental insan hüquqlarından məhrum olurlar. İşğal həm də bir millətin ruhuna xələl gətirir, gələcəyə olan ümidləri qırır, sosial-mənəvi travmaya səbəb olur.

İşğal edilmiş ölkənin iqtisadi çöküşü başlayır, işğalçı güclər ölkənin təbii ehtiyatlarından və iqtisadi imkanlarından öz faydalarına istifadə edərək yoxsullaşdırır. İşğal altında olan millət öz müqəddəratını təyin etmək hüququndan məhrum qalır, siyasi təzyiq və təqiblər altında yaşayır. Sosial və mədəni kimlik itirilir, işğalçı güclər yerli mədəniyyəti və kimliyi məhv etməyə cəhd edərək sosial dəyərləri və ənənələri dəyişdirməyə çalışır. Mədəni abidələri məhv edirlər, tarixi saxtalaşdırmağa çalışırlar. İşğal bir millətin varlığını təhdid edən ən dağıdıcı qüvvələrdən biridir.

Ərazilərimizin işğala məruz qalması dövlətimizə, millətimizə, ölkəmizə 30 ildə çox zərər vurdu. Təbii resurslarımız işğalçı Ermənistan tərəfindən amansızcasına istismar edildi, milli-mədəni abidələrimiz yerlə yeksan edildi, yurdundan didərgin düşən 1 milyondan artıq insan 30 il çətin şəraitdə yaşadı. İnsanlar işğal altında olan torpaqlarına qayıdacağı günü inamla, ümidlə gözlədilər. Azadlığı can yox, vətən azadlığı ilə ölçənlərin sınağı asan olmadı. Natamam azadlığa razı olmayanların, bütöv Azərbaycanı arzulayanların imtahanı da ağır oldu.

Bu gün o gündür. 5 ildir ki işğaldan azad edilən torpaqlarımızın azadlığının ildönümüdür. O torpaqlar uğrunda canından keçən vətən oğullarının, o oğulları böyüdən ataların, anaların günüdür bu gün. Torpaq, sənin uğrunda can verənlərin sayəsində azad olduğun gündür bu gün. Saysız qəhrəmanlıqları olan saysız igidlərin günü...

Zəfər günün mübarək, Azərbaycan!

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri