“Azadlığ”ın önü zəbt edildi: qurum hərəkətə keçdi FOTO
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Metronun “Azadlıq Prospekti” stansiyasının çıxış hissəsindəki kafenin masalarının səkini tutması vətəndaşların narazılığına səbəb olub. Belə ki, kafenin ön hissəsi sahibkar tərəfindən zəbt edilib, insanların hərəkət etdiyi yola masalar yerləşdirilib.
Globalinfo.az məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlayıb.
Komitədən bildirilib ki, masalar ərazidən yığışdırılıb:
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 12 iyun 2025-ci il tarixində ictimai nəzarət qaydasında daxil olan müraciət əsasında Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 23 ünvanında monitorinq keçirilib. Ərazidə fəaliyyət göstərən qeyri-yaşayış obyektinin ön hissəsində vətəndaşların ümumi istifadəsində olan sahənin zəbt olunması faktı aşkar edilib. Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əməkdaşlarının operativ müdaxiləsi nəticəsində obyektin qarşısındakı ictimai sahə boşaldılaraq, sakinlərin hərəkətinə yaradılan maneə tam aradan qaldırılıb”.
Binəqədi İH-dən isə hələ ki reaksiya verilməyib.
Zaira Akifqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 12 İyun 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















