Icma.az
close
up
RU
Azadlıq meydanı açıldı

Azadlıq meydanı açıldı

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda 2016-cı ildən bağlanan Azadlıq meydanı açılıb.

Pravda.az Modern.az-a istinadla xəbər verir ki, burada Formula-1 Qran Pri yarışlarının keçiriliməsinə xidmət edən qurğular tamamilə sökülüb və ərazidən yığışdırılıb.

Qeyd edək ki, hər il keçirilən Formula-1 yarışları başa çatandan sonra Bakı Şəhər Halqası ərtafında təhlükəsizlik məqsədilə quraşdırılmış beton sədlər sökülsə də, Azadlıq meydanındakı tikiliyə toxunulmur və növbəti ilə saxlanılırdı. Nəhayət həmin tikili də bütünlüklə sökülüb və Azadlıq meydanı tam şəkildə boşaldılıb.

Məlumata görə, Azadlıq meydanında aparılan təmizlik işləri 11-22 noyabr tarixləri aralığında Bakıda keçiriləcək COP29 tədbirilə əlaqədardır.

Xatırladaq ki, Formula-1 yarışlarının keçiriləməsi üçün müəyyənləşdirilən yol - Bakı Şəhər Halqası Azadlıq meydanından başlayır. Belə ki, Azadlıq meydanından baylayan Formula-1 treki Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür.Formula-1 Azərbaycan Qran-Prisi daha 2 il Bakıda keçiriləcək. Yarışın Azərbaycanla bağlı müddəti 2026-cı ildə başa çatmalıdır.

2020-ci il dekabrın 10-da Azadlıq meydanında Qələbə paradı keçirilərkən də buradakı Formula-1 tikililəri sökülmüş və sonra yenidən tikilmişdi.

Azadlıq meydanı Bakının ən böyük meydanıdır, 1952-ci ildə şəhərin mərkəzində Hökumət Evinin tikintisindən sonra, onun qarşısında geniş meydan salınıb. 1960-cı ildə meydanın qarşısında Leninin heykəli ucaldılıb.

İlk dəfə 1988-ci ilin meydan hadisələri zamanı Lenin meydanı Azadlıq meydanı adlandırılıb. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanında Sovet hökumətinin Azərbaycana qarşı apardığı siyasətə etiraz əlaməti olaraq ölkə ictimaiyyətinin mitinqi başlanıb.

20 Yanvar hadisələrindən sonra isə meydanın yeni adı xalq tərəfindən birmənalı qəbul edilib, daha sonra isə rəsmiləşdirilib. Hökumət evinin qarşısındakı Leninin nəhəng heykəli aşırılıb və onun yerində Azərbaycan bayrağı dalğalandırlıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Noyabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see144

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see139

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see135

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see130

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see129

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see126

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see113

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri