Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

VHP də 17 noyabr Milli Dirçəliş Günü qeyd edildi

VHP də 17 noyabr Milli Dirçəliş Günü qeyd edildi

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi qərargahında 17 Noyabr – Milli Dirçəliş Gününün 37-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Meydan hərəkatının lideri, VHP sədri Sabir Rüstəmxanlı açaraq 17 noyabr gününün tariximizdəki yeri və Meydan hərəkatının yaranmasının tarixi zərurəti haqqında danışıb: “O zaman ölkənin müxtəlif bölgələrində dərnəklərdə, xırda birliklərdə milli məsələlər müzakirə olunurdu. Bir dalğanın başlanacağı mütləq idi. Meydan gənclik, tələbələr, fəhlələr, ziyalılarla birgə xalqın ümummilli hərəkatı idi. O zaman hərəkata qoşulmaqdan çəkinən, Meydanı eyvandan izləyənlər sonradan özlərini istiqlalçı kimi təqdim etdilər. Amma hər şeyə rəğmən bu gün dövlət müstəqilliyinin qazanılması, suverenliyimiz və ərazi bütövlüyümüzün başlanğıcı olan Meydan hərəkatı qürur və şərəf tariximizdir”.
Daha sonra Meydanın ilk aparıcısı, VHP-nin qurucularından Ənvər Əliyev bildirdi ki, 17 noyabrda başlayan hərəkat bir inqilab idi, mənəvi, təmizlik, vicdan, əxlaq inqilabı idi:
“Ermənilərə və bütün dünyaya biz nə qədər böyük birlik, təşkilatçılıq qabiliyyəti olan bir xalq olduğumuzu göstərdik. Zaman keçdikcə, hadisələrə kənardan baxdıqca onun böyüklüyü-kiçikliyi aydın hiss olunur. Mənə elə gəlir ki, zaman keçdikcə o dövr hadisələrinə münasibət indikindən, hətta əvvəlkindən də daha gözəl, daha mütərəqqi və yaxud daha doğma olacaq”.
Növbəti söz alan Nemət Pənahlı Meydan hərəkatının aparıcı şəxslərini xatırladaraq dünyasını dəyişənlərə Allahdan rəhmət dilədi: “Meydan hərəkatı bu xalqın milli iradəsinin təcəssümü idi. Bu hərəkat Lenin adına olan meydanı Azadlıq meydanı etməklə yeni tarixi dövrün əsasını qoydu. Biz bir davaya başladıq və tək Şimali Azərbaycan üçün yox, Bütöv Azərbaycan üçün, Turan üçün davaya çıxmışdıq. Bu mənada davamız hələ yarımçıqdır. Mən bir gün Azərbaycanın bütövləşməsinə inanıram”.
Sabiq Baş Nazir Pənah Hüseyn 17 noyabrın Azərbaycan naminə olan insanları birləşdirən gün olduğunu bildirdi: “Elə o zaman da vurğulandığı kimi, biz Meydana Gəncəli, Bakılı, Lənkəranlı, Şirvanlı kimi gəlib Meydandan Azərbaycanlı kimi çıxdıq. Bu hərəkat XX əsr milli inqilablarımızdan biri idi və Meydan milli şüurumuzda inqilabi dəyişiklik etdi. 17 noyabr hərəkatı olmasaydı, bəlkə də biz o zaman Qarabağı itirərdik. Meydan hərəkatı həm də istiqlal yolumuzun başlanğıcı idi”.
Sabiq millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirdi ki, baş verən proseslər nəticəsində ümumiyyətlə Qarabağ üzərində Azərbaycanın istiqlaliyyət savaşı da başlamış oldu: “Bu nöqteyi-nəzərdən əlbəttə ki, bunlar meydan hərəkatları ilə müşayiət olunurdu. Azadlıq meydanı insanlarla coşub-daşırdı. Eyni zamanda respublikanın rayon və şəhərlərində də həmin meydan hərəkatını müdafiə edən mitinqlər keçirilirdi. Təbii ki, 17 noyabr tarixində Azadlıq meydanında hərəkatın əsası yaradıldı. Hesab edirəm ki, müəyyən çatışmazlıqlara baxmayaraq, bu hərəkat millətin dirçəlişində misilsiz rol oynadı. Nəticə etibarilə milli özünüdərk, milli kimlik şüuru möhkəmləndi”.
Xalq Hərəkatının fəallarından, DAK İdarə Heyətinin üzvü Siyavuş Mustafayev çıxış edərək Meydanın müasir tariximizdə rolundan danışdı və hərəkatın bu günkü uğurlarımızın başlanğıcı olduğunu bildirdi.
VHP Ali Məclisinin sədri Yusif Sevdimalıyev həmin günlər haqqında xatirəsini danışaraq, milli mücadilənin davam etdiyini bildirdi. Tədbirdə müxtəlif hadisələr və tarixə bu gündən baxışla bağlı diskusiyalar aparıldı.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Noyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see627

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see601

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see597

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see452

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see411

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see381

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see342

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see323

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see312

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see301

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri