Icma.az
close
up
RU
Milli Dirçəliş Günün təşkilatçısı: “Biz istərdik ki, Milli Dirçəliş Gününü Azadlıq meydanında qeyd edək...”

Milli Dirçəliş Günün təşkilatçısı: “Biz istərdik ki, Milli Dirçəliş Gününü Azadlıq meydanında qeyd edək...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“O hərəkatın həyatda olan əsas təşkilatçı və iştirakçıları rəmzi olaraq Azadlıq meydanına toplanardı, o vaxtkı şüarlar səslənər, o vaxtkı plakatlar qaldırılar, üçrəngli bayrağımız ucaldılar, çadırlar qurulardı...”

“Əlbəttə, biz hələlik sərhədlərimizi və hüquqi müstəqilliyimizi sovet Azərbaycanı çərçivəsində bərpa etdik. Amma inanırıq ki, gec-tez o taylı-bu taylı Bütöv Azərbaycanın da bərpasının zamanı gələcək. O günlərin də cəsur, fədakar oğul-qızları meydanlara çıxacaq”.

Bunu Moderator.az-a açıqlamasında “Necə hesab edirsiz, Meydan Hərəkatından keçən son 36 il müddətində o zaman üçün ən azı səkkizdə birinin toplandığı Azərbaycan xalqı  ürəyindən keçənlərin hamısına nail oldumu? Başqa sözlə, biz milli baxımdan tam dirçələ bildikmi?” sualını cavablandırarkən Meydan hərəkatının başlanmasından, Milli Dirçəliş Günündən danışan həmin vaxt ilk mitinqlərin əsas təşkilatçısı olan Ənvər Əliyev söyləyib.

“Bir də biz istəyərdik ki, Milli Dirçəliş Gününü, Meydan hərəkatının ildönümlərini təntənə ilə, geniş zallarda meydanlarda qeyd edək... O günləri anmaq üçün yenidən o hərəkatın həyatda olan əsas təşkilatçı və iştirakçıları rəmzi olaraq Azadlıq meydanına toplanardı, o vaxtkı şüarlar səslənər, o vaxtkı plakatlar qaldırılar, üçrəngli bayrağımız ucaldılar, çadırlar qurulardı”, - deyə davamında həmsöhbətimiz bildirib. 

"Düzdü, bütün problemlərə baxmayaraq bizlər, Azərbaycan xalqı yenə naümid deyil. Lakin təəssüf ki, bir sıra iqtisadi-sosial problemlər ucbatından orta və yaşlı nəsil nümayəndələri arasında daha çox sovet dövrü ilə bağlı nostalji hissləri yaranıb. Belələri dilimiz, dinimiz ayrı olan millətin vaxtilə bizə “bəxş etdiyi” “xoşbəxt” imperiya dövranından ağız dolusu danışırlar. Və nə yazıqlar ki, biz bu müstəqillik illəri boyu iqtisadiyyatımızı, xüsusən sənaye istehsalı müəssisələrini və kənd təsərrüfatını  Baltikyanı ölkələr kimi qura bilmədik. Və buna görə də tarixən böyük yeraltı, yerüstü sərvətləri olan bir ölkənin əhalisinin xeyli hissəsi ağır sosial durumda yaşayır... Təsəvvür edin ki, hələ qədim dövrlərdə Strabon kimi tarixçilərin bol üzümlüklərindən yazdığı tarixi Albaniya ərazisinin sakinlərinin çoxu bu gün üzüm alıb yeməyə pul tapmır, bizə üzümü Afrikadan gətirirlər... Heyvandarlığın inkişafı üçün kifayət qədər şərait olduğu halda neçə minlərlə ailə var ki, aylarla nəinki quzu əti, heç mal əti  də yeyə bilmirlər. Əvəzində Hindistandan ucuz camış əti gətirib kolbasa emal edirik... İctimai-siyasi həyatımızda çox qüsurlar var. Milli təfəkkür konsepsiyamız yoxdur... Ancaq biz gələcəyə yenə də böyük ümidlərlə baxırıq...”,- deyə hərəkatçı lider diqqətə çatdırıb.

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2024 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri