“Azadlıq” radiosu maliyyəsinin kəsilməsinə görə Trampı məhkəməyə verdi...
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azadlıq” radiosu 70 ildən artıq fəaliyyət göstərib...
“Azadlıq” radiosu ABŞ prezidenti Donald Trampın administrasiyasını yayıma ayrılan maliyyəni kəsməkdə ittiham edərək məhkəməyə verib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir kii, bu barədə "The Hill" portalı məlumat yayıb.
Radionun iddiasında edilir ki, qərar azad söz və medianın müstəqilliyini pozur. "Azadlıq" radiosu mətbuat azadlığının məhdud olduğu ölkələrdə obyektiv reportajlar təqdim etmək üçün ABŞ Konqresindən maliyyə alan müstəqil media təşkilatıdır.
ABŞ Qlobal Media Agentliyi (USAGM) Azadlıq Radiosunun maliyyələşdirilməsinə nəzarət edir. Bu yaxınlarda media nümayəndələrinin sözlərinə görə, yayımçının müstəqilliyini məhdudlaşdırmaq məqsədi daşıyan siyasi motivli qərar kim agentliyə ayrılan maliyyə kəsilib.
“Azadlıq” radiosu məhkəməyə müraciət edərək maliyyələşmənin bərpasını və medianın siyasi müdaxilədən müstəqilliyinə zəmanət verilməsini tələb edib. Bu iddia demokratik cəmiyyətdə azad söz və müstəqil medianın vacibliyini vurğulayır.
Xatırladılır ki, Tramp bundan əvvəl Moskva və Pekinə “hədiyyə” kimi belə bir qərar vermişdi: ABŞ “Azadlıq” radiosunun maliyyələşdirilməsini dayandırır.
ABŞ Sovet İttifaqına qarşı informasiya müharibəsi aparmaq üçün 1953-cü ildə “Azadlıq” radiosunu təsis edib. O vaxtdan bəri radio söz azadlığının təhlükə altında olduğu ölkələrdə senzurasız xəbərlər, musiqi, hətta ədəbiyyat yayımlayır.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 19 Mart 2025 06:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















