Icma.az
close
up
RU
AZAL 2025 ci ilin dayanıqlılıq hesabatını təqdim edib

AZAL 2025 ci ilin dayanıqlılıq hesabatını təqdim edib

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2025-ci il üzrə dayanıqlılıq hesabatını təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin üç əsas fəaliyyət istiqamətini – sərnişin aviaşirkətini, hava limanlarını və aeronaviqasiya xidmətlərini əhatə edən hesabatda əməliyyat göstəricilərinin artması, emissiyaların azaldılması, infrastrukturun müasirləşdirilməsi və xidmətlərin rəqəmsallaşdırılması üzrə əldə olunan nəticələr, eləcə də dayanıqlı inkişaf prioritetləri əks olunub.

Ötən il milli aviadaşıyıcı 55 istiqamət üzrə 35 mindən çox reys yerinə yetirərək 4 milyondan çox sərnişin daşıyıb. Beləliklə, 2028-ci il üçün planlaşdırılan sərnişindaşıma həcminə artıq hesabat ilində nail olunub. Onlayn satışların ümumi satışlarda payı 30 % olub. Xidmətlərin rəqəmsallaşdırılması çərçivəsində sərnişinlərə "AZAL Upgrade", biletlərin onlayn dəyişdirilməsi və bir sıra digər rəqəmsal həllər təqdim olunub.

Aviaşirkət ekoloji, sosial və korporativ idarəetmə ("ESG") strategiyasının hazırlanmasını yekunlaşdırıb və 2050-ci ilə qədər xalis sıfır və yaxud sıfıra yaxın emissiya səviyyəsinə keçid planını hazırlayıb. Hesablamalara görə, Avropa İttifaqı ölkələrindən yerinə yetirilən reyslərdə tərkibində 2 % dayanıqlı aviasiya yanacağı (SAF) olan qarışığın istifadəsi CO₂ emissiyalarını təxminən 800 ton azaldıb. 2025-ci ildə donanmaya qoşulan iki yeni "Airbus A320neo" təyyarəsi isə baza göstəriciləri ilə müqayisədə emissiyaları təxminən 9,2 min ton azaltmağa imkan verib.

2025-ci ilin mayında AZAL Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının ("IATA") Aviasiya Enerji Forumuna ev sahibliyi edib. Cənubi Qafqaz və Xəzər regionunda ilk dəfə keçirilən forum 60-dan çox ölkədən 700-dən artıq nümayəndəni bir araya gətirib. Forum çərçivəsində şirkət "IATA"nın "CO₂ Connect" və "İnteqrasiya Olunmuş Dayanıqlılıq" proqramlarına qatılıb, həmçinin "Ətraf Mühitin Qiymətləndirilməsi" ("IEnvA") proqramında iştirak edəcəyini açıqlayıb.

Hesabat dövründə Azərbaycanın hava limanları şəbəkəsi 8,6 milyon sərnişinə xidmət göstərib. Bunun 7,64 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Bu, aeroportun tarixində ən yüksək illik sərnişin göstəricisidir. İl ərzində aeroportda 59 min qalxma və enmə əməliyyatı qeydə alınıb. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə regionların hava nəqliyyatına çıxış imkanlarını genişləndirib.

Sərnişin axınının artması ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportunda birbaşa istixana qazı emissiyaları ("Scope 1") 33,3 %, alınan enerji ilə bağlı dolayı emissiyalar ("Scope 2") isə 21,2 faiz azalıb. Aeroport Xəzər regionu və Mərkəzi Asiyada beynəlxalq "Airport Carbon Accreditation" ("ACA") proqramının üçüncü səviyyəsinə yüksələn ilk hava limanı olub. Bu səviyyə karbon emissiyalarının sistemli idarə olunmasını və aeroport tərəfdaşlarının emissiyaların azaldılması prosesinə cəlb edilməsini nəzərdə tutur.

Hesabat ilində "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS) xidmət göstərdiyi uçuşların sayı 10,5 % artaraq 342 167-yə, tranzit uçuşların sayı isə 13,9 % artaraq 261 085-ə çatıb. Hava məkanının ötürmə qabiliyyəti saatda 120 uçuşa yüksəlib, bir uçuşa düşən emissiya isə 18,2 % azalıb.

AZANS "ICAO" standartlarına uyğun III kateqoriyalı ("CAT" III) cihazla enmə sistemini tətbiq edib, "CANSO"nun "GreenATM" proqramına qoşulub və Azərbaycanın yeni Milli Hava Məkanı Strategiyasının hazırlanması üzrə "IATA" ilə əməkdaşlığı davam etdirib.

"Dayanıqlılıq strategiyamızın əsas istiqamətlərindən biridir və Avrasiyada təhlükəsiz, qabaqcıl aviasiya ekosisteminə çevrilmək hədəfimizin ayrılmaz hissəsidir", – deyə AZAL-ın İdarə Heyətinin sədri Samir Rzayev bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri