Türkiyə XİN Qəzza zolağına hücumun sülh və sabitliyi təhdid etdiyini açıqlayıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Qəzza Zolağına qarşı həyata keçirdiyi hücumlara münasibət bildirib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazirlik Qəzzada sülh prosesinin yeni mərhələyə qədəm qoyduğu bir dövrdə həyata keçirilən hücumların sülh və sabitliyin təmin olunmasına yönəlmiş beynəlxalq səyləri təhdid etdiyini açıqlayıb.
“Bu hücum İsrailin bölgədə sülh istəmədiyini bir daha göstərir. İsrailin, atəşkəsin qorunması və humanitar yardımların Qəzzaya maneəsiz şəkildə çatdırılması başda olmaqla, BMT Təhlükəsizlik Şurasının qərarı ilə qəbul edilmiş Sülh Planının bütün müddəalarına əməl etməsinin təmin olunmasının vacibliyini bir daha vurğulayırıq. Beynəlxalq ictimaiyyətin də sülh prosesinin irəlilədilməsi istiqamətində üzərinə düşən məsuliyyəti yerinə yetirməsi mühüm əhəmiyyət daşıyır”- bəyanatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 01 Fevral 2026 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















