AZAL ın qəzaya uğrayan təyyarəsi ilə bağlı hesabat dekabra qədər hazır olacaq
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hesabatı 2025-ci ilin dekabr ayına qədər hazır olacaq.
Yeniavaz.com Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, bu barədə nəqliyyat nazirinin müavini Talqat Lastaev Astanada keçirilən mətbuat konfransında bildirib.
“Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinəŞ standartlarına və tövsiyə olunan təcrübələrinə uyğun olaraq, istintaq bir il davam edir. Buna görə də, yekun istintaq hesabatı 2025-ci ilin dekabr ayına qədər tamamlanacaq”, - deyə Lastaev qeyd edib.
Xatırladaq ki, qəza ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Bu mövzuda digər xəbərlər:İlkin hesabat: AZAL ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
04 Fevral 2025 21:17
Putindən AZAL ın qəzaya uğrayan təyyarəsi ilə bağlı AÇIQLAMA
09 Oktyabr 2025 15:51
AZAL ın qəzaya uğrayan təyyarəsi ilə bağlı XƏBƏR VAR KONKRET
06 May 2025 13:58
Qazaxıstan AZAL ın qəzaya uğrayan təyyarəsi ilə bağlı məlumat yaydı
16 Yanvar 2025 11:48
AZAL ın qəzaya uğrayan təyyarəsi ilə bağlı yeni xəbər var
25 Noyabr 2025 10:56
Baxış sayı:97
Bu xəbər 19 Fevral 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















