AZAL qəzasının qəhrəmanlarından Aydan Rəhimli uzun aradan sonra ÜZƏ ÇIXDI FOTOlar
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən il dekabrın 25-də baş verən və Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəza ilə nəticələnən hadisəsi ölkə ictimaiyyətinin yaddaşında dərin iz qoymuşdu.
Milli.Az xəbər verir ki, həmin faciəvi hadisədən sağ çıxan və göstərdiyi fədakarlıqla yadda qalan bələdçi Aydan Rəhimli uzun müddət susqunluqdan sonra yenidən ictimaiyyət qarşısına çıxıb.
Xatırladaq ki, qəza zamanı sərnişinlərin xilas edilməsində böyük rol oynayan Aydan Rəhimli göstərdiyi şücaət və peşəkarlığa görə dövlət başçısının sərəncamı ilə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdi. Onun bu addımı həm Azərbaycanda, həm də beynəlxalq aviasiya ictimaiyyəti arasında yüksək qiymətləndirilmişdi.
Məlumata görə, Aydan Rəhimli hazırda səhhətindəki problemləri geridə qoyaraq normal həyatına qayıdıb. Onun yenidən görünməsi sosial şəbəkələrdə böyük maraq doğurub və çoxsaylı istifadəçilər qəhrəman bələdçiyə dəstək mesajları ünvanlayıblar.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 25 Avqust 2025 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















