AZAL təyyarəsi Rusiya MN in göstərişi ilə vurulub Sensasion iddia
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Minval.az redaksiyasına anonim məktub daxil olub.
Axar.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus Embraer E190 təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin “Pantsir-S” zenit-raket kompleksi tərəfindən vurulduğunu təsdiqləyən materiallar yer alıb.
Məktubda Hava Hücumundan Müdafiə kapitanının izahatı, atəş anını əks etdirən videoyazı, audiofayllar və digər sənədlər təqdim olunub. Bu materiallara əsasən, atəş Rusiya Müdafiə Nazirliyinin birbaşa göstərişi ilə açılıb.
Redaksiya təqdim olunan materialların orijinallığını müstəqil şəkildə təsdiqləyə bilməsə də, onların ictimai əhəmiyyətini nəzərə alaraq yaxın günlərdə dərc etməyi planlaşdırır.
Eyni zamanda Minval.az redaksiyası həmin materialların Azərbaycan Respublikasının faciənin araşdırılması ilə məşğul olan aidiyyəti qurumlarına təqdim olunmasına hazır olduğunu bəyan edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 01 İyul 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















