Putin açıqladı: AZAL təyyarəsi belə vurulub
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Rusiyanın iki hava hücumundan müdafiə raketi Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsindən bir neçə metr aralıda partlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə danışıqları zamanı deyib.
“Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb”, – agentlik prezidentin sözlərindən sitat gətirib.
Putin həmçinin qeyd edib ki, AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbləri səmada Ukraynaya məxsus pilotsuz təyyarənin olması ilə də bağlıdır.
Bunlar 2025-ci ildə Moskva ilə Bakı arasında münasibətlərin soyumasından sonra Putin və Əliyev arasında ilk rəsmi danışıqlardır. Böhran 2024-cü ilin dekabrında Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə başlayıb. Bu, rəsmi və agentlik səviyyəsində iki ölkə arasında böhrana səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















