Icma.az
close
up
RU
AZAL yeni təyyarələr alıb Bu tarixə qədər təhvil veriləcək

AZAL yeni təyyarələr alıb Bu tarixə qədər təhvil veriləcək

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Azərbaycan Hava Yolları (AZAL) donanmasının yenilənməsi istiqamətində daha bir mühüm addım atıb.

BAKU.WS-in məlumatına görə, şirkətin parkına yeni "Airbus A320 Neo" təyyarəsi gətirilib. Bu, həm təyyarə parkının orta yaşını azaltmağa, həm də müştəri məmnuniyyətini və istismar səmərəliliyini artırmağa xidmət edir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, hazırda AZAL-ın aviaparkının orta yaşı 14 ildir:

"AZAL donanmasının yenilənməsi çərçivəsində daha bir "Airbus A320 Neo" təyyarəsi Bakıya gətirilib. Bu addım şirkətin təyyarə parkının orta yaşını azaltmaqla yanaşı, həm də müştəri məmnuniyyətini və istismar səmərəliliyini artırmağı hədəfləyir.

Hazırda AZAL-ın aviaparkının orta yaşı 14 ildir. Son illər bu göstəricini yaxşılaşdırmaq üçün ciddi addımlar atılıb. 2023-cü ildə üç yeni "Airbus" təyyarəsi istismara verilib, eyni zamanda "Airbus" və "Boeing" şirkətləri ilə 20-dən çox yeni təyyarənin alınmasına dair müqavilələr imzalanıb. Onların 2032-ci ilə qədər tədarükü planlaşdırılır.

Strateji plana görə, 2030-cu ilə qədər AZAL-ın donanması yalnız iki tip təyyarədən ibarət olacaq: dar gövdəli "Airbus A320 Neo" və geniş gövdəli "Boeing 787 Dreamliner". Hazırda isə şirkətin parkında müxtəlif tipli 25 təyyarə fəaliyyət göstərir."

Qey edək ki, "Airbus" təyyarələri yanacağa qənaətcil, salonu daha sakit və komfortlu, qısa və orta məsafələr üçün əlverişli olduğu halda, "Boeing" təyyarələri uzun məsafəli uçuşlarda etibarlılığı, geniş kabin rahatlığı və dayanıqlılığı ilə seçilir. Yeni "Airbus A320 Neo"nun gətirilməsi AZAL-ın aviaparkının gəncləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və istismar səmərəliliyinin yüksəldilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Şirkətin 2030-cu ilə qədər həyata keçirəcəyi yenilənmə planı Azərbaycan aviasiyasının beynəlxalq rəqabət gücünü daha da artıracaq.

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 Sentyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri